Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanukoviç mətbuat konfransıda ağladı – Yenilənib
Yanukoviç mətbuat konfransıda ağladı – Yenilənib
28 Fevral 2014 / 17:56 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviç mühacirətdə olduğu Rusiyanın Rostov şəhrində mətbuat konfransın keçirir.

AzNews.az-ın məlumatına görə, brifinqdə V. Yanukoviç bildirib ki, Ukraynanın gələcəyi üçün mübarizəsini davam etdirəcək: “Məni heç kim işdən çıxartmayıb. Özümün və yaxınlarımın təhlükəsizliyi ilə əlaqədar Kiyevi tərk etmişəm”.

O deyib ki, hakimiyyəti millətçi və faşistlər zəbt edib: “Vəziyyətdən çıxış yolu silahlıların meydandan çəkilməlidirlər”.(17.16)

***

“Mən heç yerə qaçmamışam. Kiyevdən Xarkova gəlmişəm. Kiyevdə olanda mənə avtomatdan atəş açdılar. Məni qoruyan avtomobil güllələndi. Xarkova getməyimdə də məqsəd partiyamızın fəalları ilə görüşmək idi”.

AzNews.az-ın məlumatına görə, bunu Rostovda keçirdiyi brifinqdə Ukraynanın istefaya göndərilən prezidenti Viktor Yanukoviç deyib.

V. Yanukoviç bildirib ki, Xarkova gəldikdən sonra – fevralın 21-də Təhlükəsizlik Xidməti onun həyatına ciddi təhlükə olduğu haqda məlumat daxil olub: “Ordan çıxmağımız qorxaqlıq deyildi. Mən Administrasiyanın rəhbəri Kuliyevə dedim ki, Donetsk şəhərinə get və vəziyyəti onlara bildir. Özüm isə Luqansk şəhərinə getməyə qərar verdim. Helekopterlə Luqanska yol aldıq. Hərbi pilotlar xəbərdarlıq etdilər ki, əgər biz Donetsk şəhərinə qayıtmasaq, bizə qarşı terror edəcəklər. Bundan sonra gecə saatlarında Krıma gəldik. Burada təhlükənin artıdığını gördüm. Hətta oğlum zəng etdi ki, artıq mən bu vəziyyətdə ailəmi saxlaya bilmərəm. Ölkədən çıxmaqla bağlı qərarım bu oldu”.(17.33)

***

“Hazırda fəaliyyət göstərən Ali Rada və yeni formalaşdırılan hökumət legitim deyil. Hakimiyyəti quldurlar zəbt edib ”.

AzNews.az-ın məlumatına görə, bunu Rostovda keçirdiyi brifinqdə Ukraynanın istefaya göndərilən prezidenti Viktor Yanukoviç deyib.

O bidlirib ki, “Maydan”da millətçilərin keçirdikləri dinc aksiyalar, sonradan qərəzli oldu: “Nəticədə küçərlərdə insanlara hücum etdilər, dövlət və mədəniyyət abidələri dağıdıldı. Ölkədə xaos yarandı. Parlamentin qəbul etdiyi qərar isə güclə həyata keçirildi. Deputatlara təzyiq edildi və öz istədikləri qərarları qəbul etdilər”.

V. Yanukoviç deyib ki, hərbi dəstək üçün Rusiyadan kömək istəməyəcək: “Ukraynaya isə o zaman dönəcəyəm ki, mənim və ailəmin təhlükəsizliyi təmin olunacaq”.

V. Yanukoviç Rusiya getdikdən sonra prezident Vladimir Putinlə görüşdüyü haqda yayılan xəbərləri təkzib edib: “Putinlə heç bir görüşüm olmayıb. Yalnız Rusiyaya gəldikdən sonra telefonla danışmışam və vəziyyət haqda söhbətləşmişəm”.

V. Yanukoviç bəyan edib ki, Krımda baş verənlərdən narahatdır və bu bölgə Ukrayna ərazisidir.(17.39)

***

“Baş verənlərə görə məsuliyyət bütünlüklə Avropa Birliyinin üzərinə düşür”.

AzNews.az-ın məlumatına görə, bunu Rostovda keçirdiyi brifinqdə Ukraynanın istefaya göndərilən prezidenti Viktor Yanukoviç deyib.

V. Yanukoviç deyib ki, bütün baş verənlər bunu deməyə əsas verir: “Bu fikrinin üzərində israrla dayanıram və əminliklə bildirirəm”.

V. Yanukoviç “Maydan” hərəkatının iştirakçılarına və onları dəstəkləyənlərə müraciət edib: “Bu özbaşınalığın iştirakçılarına müraciət edirəm. Bu hakimiyyətdən imtina edin. Nə qədər gec deyil qərbdəki ağalarınızdan imtina edin. Baş verənlər Ukraynanı uçuruma aparır”.

Mətbuat konfransında Ukrayna xalqından üzr istıyın Yanukoviçin gözləri dolub və bu mübarizədən geri çəkilməyəcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə