Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəlilabaddakı sahibkarlar Əziz Əzizovdan prezidentə şikayət edəcək- YENİLƏNİB
Cəlilabaddakı sahibkarlar Əziz Əzizovdan prezidentə şikayət edəcək- YENİLƏNİB
17 Mart 2016 / 22:41 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

Son aylar Administrasiyadan gələn ciddi tapşırıqların öhdəsindən gələ bilməyən icra başçıları böyük təşviş içindədirlər. Prezident İlham Əliyevin sonuncu müşavirəsində son xəbərdarlıqlar alan bəzi rayon icra başçıları daha ciddi rejimdə işləməyə məcbur olublar.

Elə bu səbəbdən də bəzi icra başçıları özlərini prezidentin gözündə yaxşı göstərmək üçün bütün vasitələrə əl atırlar.

arxiv.bizimxeber.az-a Cəlilabad sahibkarlarından daxil olan məlumata görə, iki gün əvvəl Cəlilabad rayon icra başçısı Əziz Əzizov öz yaxın adamlarına göstəriş verib ki, Novruz bayramının daha təmtəraqlı keçirilməsi üçün vəsait toplansıın.

Məlumatda qeyd olunur ki, bütün idarə və müəssisə rəhbərləri ayrı-ayrılıqda bayram şənliyinin keçirilməsi üçün puı toplamağa başlayıblar. Üstəlik rayondakı sahibkarlar da pul 300 manat pul verməlidirlər.

arxiv.bizimxeber.az-a daxil olan məlumatda deyilir ki, Əziz Əzizov eyni göstərişi yeni ildə də veribmiş, Buna etiraz edən sahibkarlara isə bildirilib ki, pulu verməsələr ciddi təzyiqlərlə üzləşmək məcburiyyətindı qalacaqlar.

Məlumat üçün bildirək ki, Əziz Əzizov prezidentin ciddi  və son xəbərdaqlığını alan icra başçılarındadır. Ötən il az qala vəzifəsini tiriən Əziz Əzizov görünür hələ də sözünün  üstündə dayana bilmir.

13: 44

Bu dəqiqələrdə Cəlilabaddakı sahibkarlardan arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, sahibkarlar Novruz şənliklərində iştirak etməkdən imtina ediblər. Onlar icra başçısı Əziz Əzizovdan prezidentə şikayət etmək üçün bəyanat hazırlayırlar… 

arxiv.bizimxeber.az 

 

 



Cəlilabaddakı sahibkarlar Əziz Əzizovdan prezidentə şikayət edəcək- YENİLƏNİB yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə