Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pərviz Həşimlinin məhkəməsində dava düşdü
Pərviz Həşimlinin məhkəməsində dava düşdü
01 Aprel 2014 / 12:10 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

APA-nın məlumatına görə, prosesdə P. Həşimlinin evində və maşınında aparılan axtarışlar zamanı hal şahidi kimi iştirak edən şəxslər ifadə veriblər. Daha sonra P. Həşimlinin vəkilləri vəsatət verərək təqsirləndirilən Təvəkkül Qurbanovun oğlunun prosesdə şahid kimi dindirilməsini istəyiblər. Lakin T. Qurbanov buna etiraz edib. O, ailəsinin bu işə qarışmasını istəmədiyini deyib. Bu zaman P. Həşimli ilə T. Qurbanov bir birlərini təhqir ediblər. Məhkəmə nəzarətçiləri və hakimlər tərəfləri sakitləşdiriblər.

Proses aprelin 7-də davam etdiriləcək. Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə