Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QHT sədri Gəncədə nəyə görə tutulub? – Video
QHT sədri Gəncədə nəyə görə tutulub? – Video
01 Aprel 2014 / 12:12 / Baxış sayı: 160
Font1 Font2 Font3 Font4

Martın 31-də Gəncədə «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb.

Bu barədə “Azadlıq” radiosuna onun oğlu Azər Hüseynli məlumat verib: «Mən hazırlıqdan çıxmışdım. Qohumlar mənə xəbər verdilər ki, atamı saxlayıblar. İndi bilmirik hansı polis idarəsinə aparılıb. Bizim bundan başqa məlumatımız yoxdur». Həsən Hüseynlinin özü saxlanmazdan bir saat əvvəl “Azadlıq” radiosuna ona qarşı təxribatlardan danışıb: «Mərkəzi Poçta yaxınlaşanda, 35-40 yaşlarında paltoda, qalstukda bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm, hələ deyir ki, məni niyə yıxırsan? Maşının o biri tərəfindən də bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır. Durduğum yerdə kim yaxınlaşar ki?».

Gəncə polisi Həsən Hüseynli adlı şəxsin saxlanmasını təkzib edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov isə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Həsən Hüseyinli öz həmyerlisi olan bir vətəndaşa bıcaqla xəsarət yetirdiyinə görə saxlanılıb: “Mart ayının 31-də DİN-in “ 102-zəng” mərkəzinə Gəncədə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Məlumatda onlardan birinin xəsarət aldığı da qeyd olunub. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıblar. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseyinli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəminində dava ediblər və bu zaman Həsən Hüseyinli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseyinli isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə BPİ-də Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.

DİN sözçüsü onu da bildirib ki, mətbuatda Həsən Hüseyinliyə qarşı guya təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

Xatırladaq ki, «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə