Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abutalıbovun məhəlləsi niyə təmizlənmir?- FOTOLAR
Abutalıbovun məhəlləsi niyə təmizlənmir?- FOTOLAR
01 Aprel 2014 / 12:25 / Baxış sayı: 94
Font1 Font2 Font3 Font4

“Bəyaz kostyumda, ağ tuflidə” gəzən Ramiz Verdiyevin başı nəyə qarışıb..? 

Ölkə rəhbəri İlham Əliyev cənablarının qayğısı nəticəsində Bakı son 10 ildə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Ancaq bəzi yerində olmayan məmurların fəaliyyətsizliyi görülən işlərə kölgə salır. Belə məmurlardan biri də Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru İlqar müəllimdir. Onun səyi nəticəsində şəhərdə zir-zibil əlindən tərpənmək olmur. Ən dəhşətlisi odur ki, şəhər merinin özünün yaşadığı məhəllədə Aşıq Ələsgər demişkən, “zibil dizə çıxıb”.

Məlumdur ki, uzun illərdi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Nəsimi rayonu ərazisində Topçubaşov küçəsi 21-də yerləşən binada yaşayır. Hətta yarızarafat deyirlər ki, Hacıbala müəllimin Bakıda yaşadığı ilk məhəllə bura olduğu üçün paytaxtın meri başqa yerə köçmək istəmir. Yəni bu məhəllə Hacıbala müəllim üçün “doğma məkan”dır. Buna baxmayaraq şəhərin ən çirkli məhəllələrindən birdir. Qafqaznews.az-ın araşdırması zamanı məlum olub ki, təkcə mer deyil, Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin ( KİM ) direktoru ilə qonşu məhəllədə yaşayır. Hətta o tez-tez merin yaşadığı məhəlləyə gəlib-gedir. Bəs, bu məhəllə niyə bu vəziyyətdə olmalıdır? Görəsən paytaxtın merinin, KİM-in direktorunun başı nəyə qarışıb?
Hacıbala Abutalıbovun başının nəyə qarışdığı hamıya məlumdur. Şəhərin merinin başı yeni hotellərin tikintisinə, köhnə məhəllələrin yerlə-yeksan edilməsinə və digər vacib işlərə qarışıb.

KİM-in direktoru İlqar müəllim isə əlini-qolunu çırmalayıb şəhəri zibildən təmizləmək əvəzinə “ağ kostyum, bəyaz köynək, ağappaq başmaq geyinərək” şəhərə başmaq seyrinə çıxır. Bu adam başa düşmür ki, incəsənət xadimi, şou-əhli-zad deyil, bu adamın vəzifəsi zibil təmizləməkdir və çörəyi zibildən çıxır.

Müxbirimiz həmin məhəllədə araşdırma apararkən, zibil yığışdıran maşınlardan sonra ortada olan acınacaqlı mənzərəni lentə alıb. Bizə elə gəlir ki, heç bir əlavə şərhə ehtiyac olmadan fotoları təqdim etməklə şəhərin təmizliyi barədə konkret fikirə gəlmək olar.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə