Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyi Peşə Sektorunun müdiri milyonları necə qazanır?
Təhsil Nazirliyi Peşə Sektorunun müdiri milyonları necə qazanır?
01 Aprel 2014 / 13:17 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Namiq Məmmədov peşə məktəblərinin direktporlarına aylıq haqq qoyub; tələbələrin təqaüdlərinin böyük hissəsi də Peşə Sektorunun müdirinə çatdırılır…

Təhsil Nazirliyinin Peşə Sektorlarının müdiri Namiq Məmmədovla bağlı PİA.AZ sensaion məlumatlar daxil olub. Bu barədə məlumat verən mənbə 113 peşə məktəbinə nəzarət edən Namiq Məmmədovun bu təhsil müəssisələrinin əli ilə ildə dövlətdən yüz min manatlarla vəsaiti oğurladığını bildirir.

Peşə sektoru müdiri Namiq Məmmədovun əsas qazanc yeri peşə məktəblərində oxuyan şagirdlərə verilən təqaüdlər və yardım puludur. Xatırladaq ki, peşə məktəblərində təhsil alan tələbələrə 30 manat təqaüd və ailə üzvülərini itirmiş şagirdlərə 90 manat müavinat verilir. Bundan başqa imkansız ailələrin uşaqlarına əlavə yardım puluda ayrılır. İnformasiya mənbəmiz bildirir ki, ölkənin 113 peşə məktəblərində təhsil alan şagirdlərin sayı bir neçə şişirdilib

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, xüsusilə qaçqın və məcburi köçkün rayonlarında yerləşən Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam 2 nömrəli, Ağdam 4 nömrəli, Füzuli 1 nömrəli, Füzuli 2 nömrəli Peşə Məktəbləri və Goranboy Peşə Məktəbinin Xocalı filialında təhsil alan tələbələrin adlarını bir neçə dəfə artırıblar.

Belə ki, hər ay tələbələr üçün dövlət tərəfindən ayrılan 30 manatlıq müavinat direktorlar tərəfindən alınır və bu vəsaitlərin üçdə iki hissəsi Namiq Məmmədova çatdırılır. Valideyini itirmiş tələbələrə də ayda 90 manat müavinat və peşə məktəblərində oxuyan tələbələrə ildə bir neçə dəfə maddi yardım adı ilə pul ayrılır və həmin vəsaitlər peşə məktəblərinin rəhbərlikləri tərəfindən mənimsənilir.

Həmçinin Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Şirvan, Zərdab, Göyçay, Yevlax, Lerik, Siyəzən, Bakı şəhərində, və digər rayonlarda fəaliyyət göstərən peşə məktəblərində təhsil alan şagirdlərin yarıdan çoxsunun sadəcə adları təhisil müəssisənində gedir. Həmin tələbələrin böyük hissəsi peşə məktəblərinə əlavə pul ödəyirlər. Çünki repititor yan?na ged?n sagirdl?rin boyuk bir qismi m?hz pes? liseyl?rind? qeydiyyatdan kec?r?k atestat al?rlar ki, Namiq M?mm?dovun bu sah?d?n olan g?lirl?ri d? hec d? az deyil.

Daxil olan məlumatda göstərilir ki, Təhsil Nazirliyi Peşə Sektorunun müdirir Namiq Məmmədov bütün bu maxinasiyalrdan xəbərdardır və adı çəkilən məcburi köçkün rayonlarının peşə məktəblərində adları gedən 600 dən çox tələbənin adına yazılan vəsaitin yarısından çoxu şöbə müdirinə çatdırılır.

Həmçinin ötən il peşə məktəblərinə dövlət büdcəsindən ayrılan 3 milyon manat vəsait peşə məktəblərinə avadanlqıların alınmasına, digər xərclərə, dəftərxana ləvazimatlatına və cari təmir işlərinə sərf olunma adı ilə silinib. Mənbəninin iddisına görə dövlətin ayırdığı 3 milyon manat vəsait peşə məktəblərinə daxil olmayıb və sadəcə sənədlər üzərində hansısa maliyyə əməliyyatları aparılıb. Hər il peşə məktəblərinə cəmi 15-20 min manat vəsait ayrılır ki, bununlada sadəcə gözə kül üfürmək olur. Əslində isə həmin vəsaitlər də yerlərdə mənimsənilir.

Qeyd edək ki, rayonlardakı peşə məktəblərinin böyük bir hissəsinin balansında əkinə yararlı 10 hektardan çox torpaq sahələri var və direktorlar bu torpaqları şəxsi mülkləri kimi istifadə edirlər. Bildirilir ki, Təhsil Nazirlyi yanında Peşə Sektorunun müdirir Namiq Məmmədov həmin torpaq sahələrində öz təsərrüfatını qurub.

Mənbə bildirir ki, Peşə Sektoru müdirinin peşə məktəblərinin direktorlarından aldığı aylığın həcmi 50 min manat civarındadır. Qeyd edək ki, keçmiş nazir Misir Mərdanovun kadrı olan Namiq Məmmədov neçə ildir ki, təhsil nazirliyindəki kabinetində oturaraq yuxarıda göstərilən maxinasiylar vasitəsi ilə dövlətin milyonlarını mənimsəyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə