Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə tutulan QHT sədri ilə bağlı DİN-dən rəsmi açıqlama
Gəncədə tutulan QHT sədri ilə bağlı DİN-dən rəsmi açıqlama
01 Aprel 2014 / 13:54 / Baxış sayı: 90
Font1 Font2 Font3 Font4

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri öz həmyerlisi olan bir vətəndaşa bıçaqla xəsarət yetirdiyinə görə, saxlanılıb

Martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin polis tərəfindən saxlanılması ilə bağlı ANS PRESS-in sorğusuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov cavab olaraq bildirib ki, Həsən Hüseyinli öz həmyerlisi olan bir vətəndaşa bıçaqla xəsarət yetirdiyinə görə, saxlanılıb.

“Mart ayının 31-də DİN-in “102-zəng” mərkəzinə Gəncədə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Məlumatda onlardan birinin xəsarət aldığı da qeyd olunub. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseyinli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəmnində dava ediblər və bu zaman Həsən Hüseyinli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib.

Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseyinli isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə BPİ-də Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.

DİN sözçüsü onu da bildirdi ki, mətbuatda Həsən Hüseyinliyə qarşı guya təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə