Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmət Abbasovun biznesi Kəmaləddin Heydərovun əlinə keçib?
İsmət Abbasovun biznesi Kəmaləddin Heydərovun əlinə keçib?
01 Aprel 2014 / 14:47 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4

Keçmiş Kənd Təsərrüfatı naziri, hazırda baş nazirin birinci müavini vəzifəsini icra edən İsmət Abbasov əslində işdən çıxarılmaqdan çox “zərərsizləşdirilib”. İnterpress.az-a etibarlı mənbədən daxil olan məlumata görə keçmiş nazirin iki əsas biznesi əvvəlcə əlindən alındı.Şərabçılıq sektorunda inhisarı əlində saxlamaq üçün iri ranqlı məmurlarla toqquşması ona baha başa gəldi.

Buna səbəb İsmət Abbasovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla yola getməməsi idi. Son illərdə iki məmur arasında münasibət son həddə çatıb. Nəticədə isə üzləşdiyi qüvvələr onun bizneslərini əlindən alıb.

Mənbə iddia edir ki, keçmiş kənd təsərrüfatı nazirinin əlindən çıxan həmin iki sahə onun biznesinin «şah damarı»nı təşkil edirmiş. Belə ki, qeyd olunan sahələr hər ay yüz minlərlə manat qazanc gətirirmiş. Hətta bu biznes sayəsində nazirin nəinki ölkədə, xaricdə də bir sıra əmlaklar aldığına dair məlumatlar var. Lakin bu biznes hazırda Kəmaləddin Heydərovun kurasiyasına keçib.

Mənbə onu da iddia edir ki, Kəmaləddin Heydərovun kurasiyasında olan Cənub bölgəsindəki bir sıra biznes sahələrini itirən İsmət Abbasov kənd təsərrüfatı sahəsindəki əsas gəlir yerlərini də əlindən çıxarıb. Üzüm sahələrindən ibarət biznesin əsas mərkəzi Şamaxı və Ağsu rayonlarıdır. Keçmiş nazir artıq könüllü olaraq üzümlükləri nəzərdə tutulan adamların adına keçirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə