Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nurçuların Azərbaycandakı biznes strukturları – Siyahı
Nurçuların Azərbaycandakı biznes strukturları – Siyahı
01 Aprel 2014 / 15:21 / Baxış sayı: 72
Font1 Font2 Font3 Font4

Türkiyədə olduğu qədər Azərbaycanda da şəbəkələşən «Nurçu»ların ölkəmizdə ciddi hesab olunacaq iqtisadi qurumları fəaliyyət göstərir

Son günlərin əsas gündəm maddəsi olan «Nurçu»ların Türkiyə və Azərbaycan dövlət qurumlarında təşkilatlanması, Gülən camaatının Ərdoğan hakimiyyətinə qarşı açıq savaş açması və dalbadal Ak parti mənsubları, həmçinin baş nazir Ərdoğanının ailə üzvləri haqqında kompramatların ictimayyətə çatdırılması ABŞ-ın Pensilvaniya şəhərindən idarə olunan bu şəbəkəninin nə qədər güclü və imkanlı olduğunu ortaya qoydu. Faktiki olaraq Ərdoğan hakimiyyətinə açıq savaş elan edən Fətullah Gülən ardıcıllarının hələ də öz güclərini maksmum şəkildə ortaya qoymayıb və bu şəbəkədən daha ciddi addımlar gözlənilir.

Türkiyədə olduğu qədər Azərbaycanda da şəbəkələşən «Nurçu»ların ölkəmizdə ciddi hesab olunacaq iqtisadi qurumları fəaliyyət göstərir. Dünənə qədər Ərdoğandan dəstək alaraq ölkəmizdə yerləşən bu iqtisadi qurumlar Bakıda geniş şəbəkəyə və imkanlara malikdir.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, hazırda Bakıda və bir sıra bölgələrimizdə fəaliyyət göstərən türk iş adamlarının böyük əksəriyəti məhz «Gülən camaatı»na aiddir. İri iş adamları ilə yanaşı qida sektorunda çalışan türklərin böyük bir qismi də məhz «Nurçu»larla əlaqəli şəxslərdir. Eyni zamanda Azərbaycan iş adamları arasında «Nurçu»larla əlaqəli çalışan kifayət qədər iş adamı var. Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən onlarla iri şirkətlər isə Azərbaycan nazirliklərinin on milyon manatlarla layihələrini həyata keçirib. Bu layihələrdə tenderlərin udulmasından tutmuş layihələrin həyata keçirilməsinə qədər olan prosseslərdə çoxlu qeyri-şəfaflıq və vəsait mənimsəmələri mövcuddur.
PİA.AZ hazırda Azərbaycanda fəaliyyət göstərən və «Nurçu»larla əlaqəli olduğu iddia olunan şirkətlərin və iqtisadi qurumların styahılarını öz oxucularına təqdim edir. Bu qurumlar əsasən iki böyük təşkilatda birləşir:
1. TÜSİAB – Azərbaycan Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti.
Nurçuların Azərbaycandakı əsas iqtisadi qurumudur. 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəiir. Azərbaycanda fəaliyyət göstərən 230-dan aprıq türk şirkəti TÜSİAB-da birləşir. Bu şirkətlərin bir çoxu Azərbaycan şirkətləri ilə şərikli fəaliyyət göstərsələr də, böyük əksəriyyəti Türkiyə şirkətləri olaraq ölkəmizdə qeydiyyatdan keçib fəaliyyət göstərirlər. Bu şirkətlər əsasən sənayəe və emal, telekomunikasiya, inşaat və təmir, mətbuat, tekstil, təhsil, səhiyyə, bank sektoru və sığorta, rabitə, avtomobil, neft sektorları kimi geniş sahələrdə çalışır. Bu şirkətlərin Azərbaycandakı sərmayəsi isə 3 milyard dollara yaxındır. Bu şirkətlərdə hazırda 30 mindən artıq işçi çalışır və bunların böyük əksəriyyəti, xüsusəndə idarəetmə orqanlarında çalışanlar türklərdir. Bu çalışanların böyük hissəsinin isə Azərbaycanda çalışma iznləri belə yoxdur. Bir çox hallarda iznsiz ölkəmizdə çalışan bu insanlar problemlərini rüşvət verərək həll edirlər. Həmçinin bu şirkətlərdə böyük vergi qaçaqçılığı həyata keçirilir və problemlər hər yerdə olduğu kimi rüşvətlə çözülür.
2. ATİB – Azərbaycan Türkiyə İşadamları Birliyi
2002-ci ildə Türk İş Adamları Dərnəyi (TİAD) olaraq təsis olunub. TİAD-ın 17 aprel 2004-cü ildə keçirilmiş Ümumi Yığıncağında təşkilatın adının dəyişdirilib və ATİB adlandırılıb. Hazırda 100-ə yaxın üzvləri var. Əsasən qeyri neft sektorunda fəaliyyət gösərirlər. Bu şirkətlərdə 50 min nəfərdən artıq insan çalışır. TÜSİAB-da olduğu kimi çalışanların böyük əksəriyyəti Türkiyədən gəlmədir. ATİB üzvlərinin Azərbaycanda 3 milyarddan artıq sərmayəsi var. Bü şirkətlərdə böyük miqdarda vergi yayınıdırılar.
Bundan başqa «Nurçu»lar inşaat sektorunda  Bakıda digər bölgələrdə inşaat sektorunda çox güclü faliyyət göstərirlər. İnşaat sektorunda fəaliyyət göstərən böyük şirkətləri var. Bunlardan başda gələn «ARAL Group»dur.
Bu qrupp 1991-ci ildə Türkiyədə Ahmet Çetin tərəfindən təsis edilib. «ARAL Group» inşaat-podratçılıq və idxal-ixrac sahəsində xidmət göstərir. Əsasən tikinti sektorunda fəaliyyət göstərən şirkət yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların tikintisini həyata keçirir. 2004-cü ildən Ahzərbaycanda fəaliyyət gösətirir. Azərbaycanda tikinti sektoruna 400 milyona yaxın sərmayə qoyub.
«ARAL Group» şirkətlər qrupuna “Falez MMC”, “İnkom MMC”, Elif MTK”, “Yusuf MTK”, “Esra Plaza” , “ Babək  MTK”   kimi şirkətlər daxildir.
Mərkəzi ofisi İzmirdə yerləşən «Cengiz Holdinq»ə aid olan «Cengiz İnşaat» Azərbaycanda ciddi layihələr həyata keçirib.
«Sıpat Beton» isə Azərbaycanda beton istehsalında ciddi paya malikdir.
Həmçinin «Nurçu»ların «Polat Yol Yapı» şirkəti Nəqliyyat Nazirliyi ilə böyük layihələr həyata keçiriblər.
Qeyd edək ki, «Nurçu»ların ən böyük gücləri hər zaman təhsil sektorunda toplanır. Hazırda Azərbaycanda ən reytinqli Universitetlər, liseylər və təhsil kursları onlara aiddir. Bunda başqa «Damla LTD» tərəfindən idarə olunan tələbə yurdları da «Nurçu»ların əsas beyin yuma mərkəzlərindən biri hesab olunur.
Qida sektorunda da «Nurçu»ların ciddi payları var. Paytaxıtımızın türk elit restranlarının böyük bir qismi də məhz «Nurçu»lara aiddir. Przident tərfindən «Nurçu»larla əlaqəli olduğuna görə işdən azad olunan Elnur Aslanovun və millət vəkili Ceyhun Osmanılının, həmçinin Gəncələr və İdman naziri Azad Rəhimovun Bakıda «Nurçu»ların bir çox brend və elit restoranlarının sahibi olaraq bilinirlər.
Bundan başqa «Nurçu»ların qida sektorunda ən önəmli şirkətlərindən biri «Veysəloğlu» şirkətidir. Texnologiya səhəsində isə «Nurçu»ların «Akgün Bilgisayar» və «Damla LTD» şirkətləri fəaliyyət gösətərir.
Yazıda adı keçən şirkət və qurumların mövqeyini dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə