İdarə rəhbərliyi ticarət obyektlərinin sahiblərindən nəyi tələb etdi?
Obyekt sahibləri su pulu ödədiklərini və Sukanal İdarəsinin sayğacı pulsuz quraşdırmaq borcunun olduğunu xatırlatsalar da, adı çəkilən qurumun rəhbərliyi Azərsu ASC-dən bu haqda tapşırıq aldıqlarını bildiriblər.
Obyekt sahibləri isə su sayğacı üçün əlavə pul ödəmək fikirində olmadıqlarını bildiriblər. Bütün cəhdlərə baxmayaraq Sukanal İdarəsi ticarət obyektlərindəki su sayğaclarını sökərək , sahibkarlara qısa zaman ərzində su sayğacları almağı tapşırıblar. İdarədən bildiriblər ki, əks təqdirdə ticarət obyektləri cərimə olunacaqlar. Mövzu ilə əlaqədar Azərsu ASC-nin mövqeyini dərc etməyə hazırıq.