Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq (VİDEO)
İsa Hüseynov I Fəxri Xiyabanda dəfn olunacaq (VİDEO)
01 Aprel 2014 / 16:30 / Baxış sayı: 120
Font1 Font2 Font3 Font4
Sabah saat 12-dən 15:00-dək Akademik Milli Dram Teatrında yazıçı ilə vida mərasimi keçiriləcək

Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov sabah dəfn olunacaq.  Yazıçının qızı Sevinc Hüseynova ANS PRESS-ə açıqlamasında, atasının I Fəxri Xiyabanda dəfn ediləcəyini söyləyib. Onun sözlərinə görə, sabah saat 12-dən 15:00-dək Akademik Milli Dram Teatrında yazıçı ilə vida mərasimi keçiriləcək.  Qeyd edək ki, Azərbaycanın tanınmış yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Hüseynov bu gecə dünyasını dəyişib.  

Xatırladaq ki, Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, 1945-ci N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra doğma kəndinə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

“Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində Nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Onun ssenariləri əsasında “26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. “26 Bakı Komissarı” filmi 1968-ci ildə SSRİ-nin Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb. Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Anadil oxuyan yerdə” yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. İsa Muğannanın “Məhşər”, İdeal” və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. 2012-ci ildə İsa Hüseynov AYB-nin təsis etdiyi “Nəsimi” mükafatının ilk laureatı olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə