Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır” – Hafiz Paşayev
“Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır” – Hafiz Paşayev
01 Aprel 2014 / 16:34 / Baxış sayı: 130
Font1 Font2 Font3 Font4

“Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır. Təhsil ocağının faydası və işi ümumən kitabxananın səmərəli fəaliyyətindən asılıdır. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi ilə birgə paytaxtımızda belə bir Beynəlxalq elmi konfrans keçirməyə qərar verdik”.  

arxiv.bizimxeber.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda keçirilən birinci Beynəlxalq elmi konfrans zamanı bu ali təhsil müəssisəsinin rektoru, səfir Hafiz Paşayev jurnalistlərə müsahibəsində deib.

Hafiz Paşayev bildirib ki, konfransa Amerika, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrdən mütəxəssislər gəlmişlər. Onlar konfransın sessiyalarında öz təcrübələrini bölüşəcəklər: “Hesab edirəm ki, bunun gələcək işimizə böyük köməyi olacaqdır”.

Konfransda Azərbaycanın kitabxanalarının da təmsil olunduqlarını deyən rektor ölkəmizdə ən müasir kitabxananın “ADA” Universitetində qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, konfrans çərçivəsində müxtəlif kitabxanaların nümayəndələri kitabxana ilə yaxından tanış olacaq, gələcəkdə onun təcrübə və imkanlarından istifadə edə biləcəklər: “Həmçinin biz də, öz növbəmizdə, Azərbaycan Milli Kitabxanasının, başqa universitetlərin kitabxanaları ilə birlikdə bu sahənin işini irəliyə apara bilərik”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə