Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Texnik və 15 il deputat olan Əhəd Abıyev kimdir?
Texnik və 15 il deputat olan Əhəd Abıyev kimdir?
01 Aprel 2014 / 17:35 / Baxış sayı: 4722
Font1 Font2 Font3 Font4

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Abıyev Əhəd Mikayıl oğlu. 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə “Azərittifaq” Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.

15 il Milli Məclisin deputatı olub. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

Dövlət başçısının 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

Daha çox, Milli Məclisdəki kobud rəftarı ilə məşhurlaşan və yadda qalan Ə.Abıyev 15 illik deputatlıq fəaliyyətində xalq üçün nə etdiyini bilən yoxdur. Amma özü, ailəsi və şəxsi biznesi üçün xeyli işlər görüb.

Bu gün isə Daşkəsəni sözün əsl mənasında viran qoyub. Burada yaşayan insanların sosial problemlər içində boğulduğunu bütün ölkə bilir.

İlk gündən özünü islahatçı kimi göstərən icra başçısının rayonda həyata keçirdiyi “islahatlar nəticəsində rayonun iqtisadiyyatı çöküb. 2011-ci ilə qədər Daşkəsəndə fəaliyyət göstərən müəssisələrin bir çoxu bu gün bağlanıb. Bu isə minlərlə insanın işsiz qalması ilə nəticələnib. Lakin Ə.Əbiyev rayon əhalisini işsiz qoymasının günahını özündə görmür. Guya onu istəməyənlər “vurmaq” üçün bu addıma əl atırlar. Amma bütün hallarda ortada əzab çəkən, işsiz qalan kasıb kütlədir. Belə məmurlar camaatı işsiz qoyanda “məni vururlar” deyirlər, amma soruşan yoxdur ki, bu “vurmalar” sizin şəxsi biznesinizə niyə mənfi təsir etmir?

Söyüşçül icra başçısının daha bir bəhanəsi var: “Daşkəsən dağ rayonudur və bura investisiya yatırmaq sərf eləmir”.

Digər rayonlarda olduğu kimi Daşkəsəndə də azad iqtisadiyyat yoxdur. Rayondan aldığımız məlumata görə, icra başçısı iş qurmaq, halal zəhməti ilə pul qazanmaq istəyənləri gözümçıxdıya salır.

İnterpress.az



Texnik və 15 il deputat olan Əhəd Abıyev kimdir? yazısına 8 şərh yazıldı




Yuxarı Geri Ana səhifə