Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
01 Aprel 2014 / 17:37 / Baxış sayı: 160
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edir. Komissiyadan arxiv.bizimxeber.az-a verilən məlumata görə, 18 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) keçirilir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 28-i isə məhkəmə orqanlarının aparatındadır. Mərkəzi icra hakimiyyəti orqanlarından – Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılıb. Qeyd edilən 2 dövlət orqanındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95%-ni təşkil edir.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri, Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə bilikləri yoxlanılacaq. Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar aprelin 30-dək müraciət etməlidirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə