Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi…” – Aqil Abbas
“Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi…” – Aqil Abbas
01 Aprel 2014 / 17:41 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

“Görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır”.  arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri azxeber.com-a verdiyi açıqlamasında Milli Məclisdəki qarabağlı deputat Aqil Abbas söyləyib.

O, deputat həmkarı Etibar Hüseynovun ANS-də yayımlanan verilişdə qaçqın və məcburi köçkünləri təhqir etməsinə cavab verib: “Bu sözü bir müddət bundan öncə Rüstəm İbrahimbəyov da dilə gətirmişdi. Mən onda da ona öz cavabımı vermişdim. Görünür, kimsə Rüstəm İbrahimbəyovun ayaqqabısını geyinmək istəyir. Qaldı ki, Bakıdan nə yəhudilər, nə rusdillilər nə də ki, başqa xalqlar köçüb. Qarabağ müharibəsi illərində Bakıdan ancaq ermənilər köçüb. Digər bir tərəfdən görünür, Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır. İmkanı varsa, oturub, Qarabağ mədəniyyəti haqqında oxusun.

Və görsün ki, Üzeyir Hacıbəyov haralıdır, Molla Pənah Vaqif haralıdır, Natavan haralıdır, Əhməd bəy Ağayev haralıdır, Polad Bülbüloğlu haralıdır, Bülbül haralıdır, Fərhad Bədərbəyli haralıdır, Şəmsi Bədərbəyli haralıdır, Süleyman Rəhimov haralıdır, Dədə Şəmşir haralıdır, Ramiz Rövşən və yüzlərlə adını sadalaya bilmədiyim dahilər haralıdır? Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi, belə sözlər işlətməzdi”.

Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib. E. Hüseynovun sözügedən çıxışını təqdim edirik:

arxiv.bizimxeber.az



“Etibar qarabağlılardan bir az mədəniyyət öyrənsəydi…” – Aqil Abbas yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə