Aİ-95 markalı benzin sabahdan 93 qəpiyə satılacaq
Aprel ayının 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. Bu barədə məlumatı “Deyerler.org” yayıb.
Həmin məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq. Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib.
arxiv.bizimxeber.az