Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Telefonu oğurlanan Bakı sakini Ramil Usubova müraciət etdi
Telefonu oğurlanan Bakı sakini Ramil Usubova müraciət etdi
02 Aprel 2014 / 9:50 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

İtən telefonun tarixçəsi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10/3 ünvanda yaşayan Kinyazov Məhəmməd Kamran oğlunun müraciəti.

Cənab nazir!

Təxminən 1 il əvvəl, 30 may 2013-cü ildə Suraxanı rayonu ərazisində 113 saylı avtobusda mobil telefonum oğurlandığı üçün müvafiq ərazidə yerləşən 31 saylı Polis Bölməsinə ərizə ilə müraciət etmişəm. Tez-tez mənim ərizəmi araşdıran İlham Məmmədova müraciət etsəm də bir xəbər yox idi. Nəhayət hadisədən 4 ay keçəndən sonra məlum oldu ki, AZERCELL-in məlumatına görə mənim telefonumu ( 051-925-25-89 ) Əliyev Xanmirzə Əmirağa oğlu işlədir və Xırdalan ərazisində yaşayır. Mən dəfələrlə, əməliyyatçı İlham Məmmədovun, bölmə rəisinin müavini Anar müəllimin, bölmə rəisi İman müəllimin qəbulunda olsam da heç bir nəticə olmadı.

Nəhayət Suraxanı RPİ-nin rəisi Məmməd Mikayılova ( hazırda işdən qovulub ) yazılı müraciət etdim. Məni RPİ-nin rəis müavini Akif müəllim ( hazırda güllələnib ) qəbul etdi. Bir neçə ay keçsə də heç bir nəticə olmadı. Hansı ki, həmin nömrəyə zəng edəndə telefonu oğurlayan cavab verirdi. Sonra bölmədən mənə dedilər ki, guya telefonu oğurlayan köçüb Cəlilabada gedib, nə vaxt nazirlik komandirovka üçün pul ayırsa onda gedib oğrunu tutub gətirəcəyik. Cənab nazir! Bu babırçılıqdan bezib nəhayət DİN-ə gəldim və Sizin adınıza ərizə ilə müraciət edib, hər şeyi olduğu kimi yazdım. Bir müddət sonra, AR DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin imzası ilə 16 dekabr 2013-cü il tarixli ( N 004/59-4933-3213 ) belə bir məktub aldım: Çox hörmətli Məhəmməd Kamran oğlu! Müraciətinizə baxılmasının nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir. O vaxtdan da təxminən 4 ay keçib.

Möhtərəm Ramil Usubov cənabları!

Telefonu qoyuram bir kənara. Siz özünüz şəxsən bu bıabırçılığa və rəzalətə necə baxırsınız? Mənim üçün maraqlı olan budur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə