Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısından şok qadağa – FOTOLAR
İcra başçısından şok qadağa – FOTOLAR
02 Aprel 2014 / 9:55 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4
Məmur övladlarının, onlara qohum olan şəxslərin öz təmtəraqlı həyatlarını sosial şəbəkələrdə nümayiş etdirmələri bizim meşşan xarakterli cəmiyyətimizin əsas xüsusiyyətlərindən birinə çevrilib.

Dəfələrlə mətbuat oliqarx məmur övladlarının dəbdəbə və həzzə hesablanan həyatlarını məhz sosial şəbəkələrdən ictimaiyyətin diqqətinə çatdırıb onları ictimai qınağın hədəfinə çevirsə də və hətta prezident İlham Əliyev bu barədə dəfələrlə məmurlara xəbərdarlıq etsə də, məmur övladları və onların qohumları öz «qudurğanlıqlarını» sosial şəbəkədə nümayiş etdirməkdən çəkinmirlər. Hətta demək olar ki, Azərbaycan cəmiyyətinin varlı təbəqəsini təşkil edən məmurların övladları öz «qudurğanlıqları» ilə sosial şəbəkələrdə yarışa giriblər.

Belə dəbdəbəli həyatda yaşayanlardan biri də  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin bacısı oğlu Şamil Həsənovdur. Şamil Həsənovun dəbdəbəli həyatı ilə bağlı sosial şəbəkədə məlumatlar yayılandan sonra,  Ş.Həsənova məxsus  https://www.facebook.com/photo.php?fbid=601329059877929&set=t.100002196077480&type=3&permPage=1 ünvanındakı fotolar silinib.

Biz əlavə şərh vermək istəmirik. Hər şey özü-özünə aydındır. Hər halda Şamil Həsənov iddia edə bilməz ki, sürdüyü bu maşınları məhz öz qazancı ilə əldə edib. Əgər bunu iddia edəcəksə, o zaman Şamil Həsənov nə qədər , hansı yolla qazanğını və nə qədər vergi ödədiyini bəyan etmək məcburiyyətindədir. Hər halda onun sürdüyü maşınların hər birinin qiyməti bir professorun bütün ömrü boyu aldığı maaşdan artıqdır. Hələ onun hər gün nə qədər xərclədiyini, nələr geyinib, nələr yediyini və haralarda əyləncəylə məşğul olduğunu nəzərə almazsaq təbii ki…

Azerinfo.az-a Sumqayıtdan daxil olan məlumata görə icra başçısının bacısı oğlu heç bir qanuna məhəl qoymur. 3 ay əvvəl xaricdən gətirdiyi son model maşını hələ də xarici nömrə ilə sürür və yol polisləri onu narahat etməyə cəsarət etmirlər. Çünki… çünkisi aydındır. Bura Azərbaycandır. Amma hər bacıoğlunun da Adil Vəliyev kimi dayısı yoxdur…

Dünən  mətbuatda gedən yazılanlardan sonra Adil Vəliyev bütün qohum əqrabasına cidddi tapşırıq verib. Mənbənin sözlərinə görə Adil Vəliyev bütün qohumlarına təcili olaraq sosial şəbəkələrdəki hesablarını bağlamaq tapşırığı verib. Qeyd edək ki,bundan sonra Şamil Həsənovun hesabındakı şəkillər silinib.

234563366444



İcra başçısından şok qadağa – FOTOLAR yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə