Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bərdə Müalicə-Diaqnostika Mərkəzində «Koperfild qaydaları»
Bərdə Müalicə-Diaqnostika Mərkəzində «Koperfild qaydaları»
02 Aprel 2014 / 9:57 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Baş həkim Həsən Hüseynov «Lider Com» və «Uğurlu İnşaat» MMC-lərlə birlikdə dövlətin pullarını «yoxa çıxarıb»

Bir neçə il bundan əvvəl Regionların Sosial-İqtisadi İnkişafı Proqramı çərçivəsində Bərdə rayonunda da Müalicə-Diaqonostika Mərkəzi inşa edildi. Regiondakı rayonların əhalisi üçün nəzərdə tutulmuş bu səhiyyə ocağına büdcədən 11 milyon manata yaxın pul da ayrılmışdı. İşlər görülüb, qurtardı və mərkəz istifadəyə verildi. Amma…

JAM.AZ-ın araşdırmalarına görə, mərkəzdə baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya halları həkimləri peşəkarlıqdan uzaqlaşdırmaqla yanaşı, həm də vətəndaşların etimadını itirmələrinə gətirib çıxarıb. Mərkəzə rəhbərlik edən Həsən Hüseynovun alverçi yanaşma tərzi, həkimlərdən aylıq haqq alma həvəsi və büdcə vəsaitlərini dağıtmaq üçün müxtəlif vasitələrdən yararlanması Bərdə və onun ətrafındakı əhalinin İrana üz tutmasına gətirib çıxarıb.

Bərdə Müalicə-Diaqonostika Mərkəzində büdcə vəsaitlərinin dağıdılması və mənimsənilməsinin xəritəsi elə tenderlər vasitəsi ilə həyata keçirilmiş proseslərdən də aydın görünür. Məsələn, maraqlıdır ki, bir ildən artıqdır istifadəyə verilmiş Bərdə Müalicə Diaqnostika Mərkəzinin ötən il cari təmir işlərinə ehtiyac yaranır. Və bu işi “Okean-13” MMC ilə həyata keçirən mərkəzin rəhbəri büdcədən 4800 manat pul da götürüb. Axı, yeni istifadəyə verilmiş bir binanın təmirə niyə ehtiyacı yaransın?

İkinci maraqlı məqam isə bir ildə iki dəfə yumuşaq inventarların alınması ilə bağlıdır. Həsən Hüseynovun hərəkətlərindən belə başa düşmək olar ki, Mərkəzin baş həkimi ildə iki dəfə özünə mebel alır. Bu proses bir dəfə ilin əvvəlində həyata keçirilib və bu zaman “Lider Com” MMC-nin əliylə 6000 manat pul xərclənib. İkinci proses isə ilin sonlarına yaxın dövrü əhatə edib ki, bu dəfə də mebel və digər yumuşaq inventarlar tikinti şirkətindən alınıb. Və 2000 manat xərclənib.

Qeyd edək ki, Həsən Hüseynov büdcədən ayrılmış pulların böyük qismini özünə götürmək üçün yaxından tanıdığı və uzunmüddətdir əlbir olduğu şəxslərin şirkətlərindən yararlanıb. Onlardan biri də tikinti işləri ilə məşğul olan “Uğurlu İnşaat” LTD-dir ki, baş həkim onlardan mebel alıb.

JAM.AZ-ın araşdırmalarına görə, analoji hal bərk inventarların alınması zamanı da baş verib. Belə ki, Bərdə Müalicə Diaqnostika Mərkəzi bərk inventarların satın alınması prosesini bir dəfə “Lider Com” MMC-nin əliylə həyata keçirib və 10000 manat «xərcləyib». İkinci dəfə isə bu iş yenə də “Uğurlu İnşaat” LTD-nin əliylə reallaşdırılıb və 2000 manat sərf olunub.

Bərdə Müalicə Diaqnostika Mərkəzində dövlət vəsaitinin talan edilməsi təkcə bununla yekunlaşmır. Həmçinin idarənin digər xərcləri maddəsi üzrə malların (işlıərin və xidmətlərin) satın alınması işlərini “Lider Com” MMC ilə həyata keçirən Həsən Hüseynov bu məqsədlə dövlətin 10000 manatını «sərf edib». Dəftərxana ləvazimatlarının satın alınması da “Lider Com” MMC vasitəsi ilə həyata keçirilib ki, bu da 18000 manatın «silinməsi» ilə nəticələnib. Hərçənd baş həkimin ilin sonuna doğru dəftərxana ləvazimatlarına olan «təlabatı» daha da artıb və yenidən 5000 manatlıq «əməliyyat» həyata keçirib.

JAM.AZ xəbər verir ki, mərkəzin sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması prosesini şəriki olduğu “Uğurlu İnşaat” LTD-yə reallaşdıran baş həkim növbəti dəfə 2500 manatlıq bir əməliyyatın reallaşmasına nail olub. Mərkəz üçün ərzaq məhsullarının satın alınması isə ötən ilin soni əməliyyatı olub. “Bərdə Kənd Təsərrüfatı Məhsulları Tədarükü” MMC şirkəti tərəfindən həyata keçirilən prosesə 9600 manat xərcləndiyi sənədləşdirilib.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə