Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 11-ci sinif şagirdi öldürüldü
Bakıda 11-ci sinif şagirdi öldürüldü
02 Aprel 2014 / 10:25 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Gecə saatlarında 17 yaşlı oğlana 10-a yaxın bıçaq zərbəsi vurulub

Kriminal Ötən gün saat 22 radələrində Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri-Binəqədi şosesində, döngə 4 ünvanında, “Davud market”in qarşısında törədilib.  Belə ki, 1997-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevi yaşadığı evin yaxınlığında qan içində tapıblar. Ona 10-a yaxın bıçaq zərbələri vurululduğu aydınlaşıb.

Mobil Abdullayevi ölümcül yaralı halda xəstəxanaya yerləşdiriblər. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Mobil Abdullayev Biləcəridəki orta məktəbin 11-ci sinif şagirdi olub.
Hadisə ilə bağlı dərhal Binəqədi rayon Polis İdarəsinin və 6-cı polis bölməsinin əməkdaşları tərəfindən xüsusi araşdırma qrupu yaradılıb. Hazırda məktəblinin nə üstündə və kim tərəfindən öldürülməsi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə