Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Benzinin qiyməti qalxmayıb
Benzinin qiyməti qalxmayıb
02 Aprel 2014 / 10:56 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Bu barədə çərşənbə günü Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və “Azpetrol” şirkətlərindən bildirilib.

Digər benzin markalarının qiymətləri dəyişməz qalır. Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Xatırladaq ki, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib. Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə