Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə mətbuatı Azərbaycan-Ermənistan ordusunun təmas xəttindəki gərginlikdən yazdı
Türkiyə mətbuatı Azərbaycan-Ermənistan ordusunun təmas xəttindəki gərginlikdən yazdı
02 Aprel 2014 / 11:01 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Haberler.com saytı əsgərimizin ermənilərin atəşkəsi pozması nəticəsində güllə yarası alaraq şəhid oluğunu vurğulayıb

Hərb Azərbaycan-Ermənistan təmas xəttindəki gərginlik Türkiyə mətbuatının gündəmini zəbt edib. Qardaş ölkə mətbuatı ermənilərin açdığı atəş nəticəsində Azərbaycan ordusunun əsgəri Akif Baxşıyevin şəhid olmasını xəbərini yayıb. Haberler.com saytı əsgərimizin ermənilərin atəşkəsi pozması nəticəsində güllə yarası alaraq şəhid oluğunu vurğulayıb. Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin şəhid olan hərbçinin ailəsi və yaxınlarına başsağlığı verdiyi də bildirilir.

Qeyd edək ki, bu gün də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə