Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siraqəddin Cabbarov yerli məmurları borca saldı
Siraqəddin Cabbarov yerli məmurları borca saldı
02 Aprel 2014 / 11:08 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Saatlının icra başçısı sahibkarlardan və idarə rəhbərlərindən yenidən pul yığmağa başlayıb

Saatlının icra başçısı Siraqəddin Cabbarov dövlət büdcəsindən ayrılan pulların bir qismini şəxsi məqsədləri üçün istifadə etsə də, yerdə qalan hissəsini təyinatı üzrə xərcləməyə çalışır. Bu zaman həmişə özünə «həyan» bildiyi sahibkarları və müəssisə rəhbərlərini köməyə də çağırır.

Məlumata görə, Saatlının icra başçısı rayonda bəzi işlərin həyata keçirilməsi üçün yenidən sahibkarlara, idarə və müəssisə rəhbərlərinə «üz» tutub. Belə ki, Cabbarov onlardan abadlaşdırma işləri adı altında pul tələb etməyə başlayıb. Məlumatı verən şəxslər bildirirlər ki, tələb olunan məbləğ sahibkarların imkanlarına uyğunlaşdırılıb. Bu rəqəm 100 manatdan başlayaraq, 10 min manatda bitir.

JAM.AZ-a verilən məlumatlarda o da deyilir ki, sahibkarlardan fərqli olaraq, idarə və müəssisə rəhbərləri üçün pulun məbləğində məhdudiyyət qoymayıblar. Belə ki, onlardan istənilən vaxt, istənilən qədər pul alınacaq. Elə buna görədir ki, yerli məmurların böyük qismi borc pul almaq məcburiyyətində qalıblar. Əvvəlki işlərə görə bankdan götürdükləri kreditlər isə hələ də bağlanmayıb.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə