Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağlıq Qarabağla bağlı şok açıqlamalar
Dağlıq Qarabağla bağlı şok açıqlamalar
02 Aprel 2014 / 11:19 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Levon Ter Petrosyanın köməkçisi işləmiş Jirayr Liparityan 16 il öncə baş vermiş gizli məqamların üstünü açdı
Ermənistanın ilk prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər hansı cəhdlər etdiyi üçün öz postundan kənarlaşdırılıb. 16 il öncə o zamankı Ermənistan prezidenti Levon Ter Petrosyan Dağlıq Qarabağa bitişik rayonların Azərbayacana qaytarılmasını nəzərdə tutan bir təşəbbüslə çıxış edib.

Bundan sonra iki respublikanın nümayəndələrinin bu ərazinin gələcək statusu ilə bağlı danışıqları planlaşdırılırdı. Amma əfsus ki, praktiki devriliş nəticəsində bütün sülh başlanğıcları baltalandı. Və budur uzun illər keçəndən sonra Ermənistanın “168 jam” qəzeti sülh danışıqlarına olan ümid üstündən ABŞ-ın xətt çəkdiyini yazır. Bu barədə adıçəkilən nəşrə Ermənistanın ilk prezidentinin köməkçisi olan Jirayr Liparityan deyib. Onun sözlərinə görə, ABŞ dövlət katibinin indiki köməkçisi Viktoriya Nuland Ermənistanın daxili siyasi müqavimətində böyük rol oynayıb. O, Levon Ter Petrosyanı istefaya getməyə vadar etmək üçün böyük iş görüb. Nuland ABŞ-ın o zaman Ermənistanda olan səfiri ilə birgə radikal müxalifəti radikalizm girdabına sürükləyərək hər yolla onları dəstəkləyib.

J.Liparityanın sözlərinə görə, ABŞ L.T.Petrosyanı hakimiyyətdən uzaqlaşdırmaq üzərində uzun müddət çalışıb.

Bütün bu deyilənlərdən belə nəticə ortaya çıxır ki, Dağlıq Qarabağın işğalında Rusiya ilə bərabər erməni diasporunun təzyiqi altında ABŞ-da maraqlı olub.



Dağlıq Qarabağla bağlı şok açıqlamalar yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə