Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qafqaz Universitetinin tələbələri aksiyalara hazırlaşır?
Qafqaz Universitetinin tələbələri aksiyalara hazırlaşır?
02 Aprel 2014 / 12:21 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4
Azərbaycanda Fətullah Gülənə bağlı dövlət məmurlarının olduğu, onların sırasında hətta deputatların varlığı barədə silsilə məlumatlar yayılmaqdadır. Hətta adı bu qalmaqalda yer alan Elnur Aslanov  Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edildi. 
arxiv.bizimxeber.az-a daxil olan məlumatda bildirilirdi ki, Gülənlə əlaqəli olan kursların və təhsil ocaqlarının da təftiş olunaraq bağlanılması gözlənilir. Yaxın vaxtlarda «Çağ Öyretim», «Zirvə» və «Araz» kursları bağlanılması barədə qərar verilə bilər.
Qafqaz Universitetinin gələcək aqibətinə aydınlıq gətirən mənbə bir neçə versiyanın olduğunu bildirir.  Qeyd olunurdu ki, ilkin mərhələdə Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə müəyyən şərtlər daxilində şarait yaradıla bilər. Universitetin maddi-texniki bazası, təhsil səviyyəsinin dünya standartlarına uyğun olması bunu labüd edir. Amma razılaşma mümkün olmadığı halda Universitetin fəaliyyətinə xitam veriləcək.Qafqaz Universitetinin tələbələri isə ehtimal ki, “Xəzər” və Qərb Universitetlərinə yerləşdirilə bilər.
arxiv.bizimxeber.az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, yaxın günlərdə Qafqaz Universitetinin tələbələri aksiya keçirə bilər. Artıq tələbələr arasında belə söz-söhbətlər aktiv şəkil alır.
Tələbələr bildirir rektor Əhməd Sanıc dəfələrlə onları toplayıb Hoca Əfəndinin duasına amin demələrini tələb edib: ” Fətullah Gülənin bədduasını qoyub bizə amin dedizdirirlər. Etiraz edən tələbələri universitetdən qovmaqla qorxudurlar. Universitetdə dualar keçirilir. Gülən xəstələnən kimi hamını duaya toplayırlar. Nə bilim hoca əfəndimiz xəstədir, toplu dua edin. İndi də bəddua etdirirlər”.
Bütün bunlardan bezən tələbələr aksiya keçirmək qərarı veriblər. Həmçinin, tələbələr Əhməd Sanıcın rektorluqdan uzaqlaşdırlmasını tələb edəcəklər. Aksiyanın həftəsonu keçirilməsi planlaşdırılır.
İlkin
arxiv.bizimxeber.az


Qafqaz Universitetinin tələbələri aksiyalara hazırlaşır? yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə