Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlik Elnur Aslanovun yeni vəzifəyə təyinatı xəbərini təqdiqlədi
Nazirlik Elnur Aslanovun yeni vəzifəyə təyinatı xəbərini təqdiqlədi
02 Aprel 2014 / 13:43 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Bir neçə dəqiqə əvvəl ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alması ilə bağlı xəbər yayıldı. Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub.

Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti arxiv.bizimxeber.az-a məlumatı təsdiqləyib.  M.Əmirov bildirib ki,  artıq Elnur Aslanov Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə