Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yasamalda “ağac qətliamı” törədənlər 40 min manat cərimə olundu
Yasamalda “ağac qətliamı” törədənlər 40 min manat cərimə olundu
02 Aprel 2014 / 17:35 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 14 saylı binanın sakinlərindən çoxillik ağacların kəsilməsi ilə əlaqədar quruma daxil olan şikayəti yerində araşdırıb.
Nazirliyin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumatda bildirilir ki, əraziyə baxış keçirilən zaman 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib: “Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti inzibati protokol tərtib edib, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib.
Ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub. Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır. Yəni mütəxəssislər tərəfindən həmin yerdəki ağaclar təftiş olunaraq hansıların yaşının ötmüş, inkişafının dayanmış olduğu müəyyənləşdirilməli, sağlam ağaclar digər yerlərə köçürülməli, tikinti aparılacaqsa tikintinin yanında saxlanılması üçün müvafiq göstərişlər və rəylər bildirilməli idi. Əgər bu razılaşdırma prosesi olsaydı, sözügedən ərazidə bu hal baş verməzdi.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən vaxtaşırı aparılan monitorinq və araşdırmalar göstərir ki, bu cür hallara tez-tez təsadüf edilir, bu da nəticədə ağacların məhv olmasına və əhalinin haqlı narazılığına gətirib çıxarır”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə