Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının obyektləri FOTOLARDA
İcra başçısının obyektləri FOTOLARDA
03 Aprel 2014 / 13:32 / Baxış sayı: 78
Font1 Font2 Font3 Font4

Mübariz Ağayevin tanınmış hüquq müdafiəsiçisinin bacısı oğlundan 5000 manat aldığı da üzə çıxıb

Qubanın icra başçısı Mübariz Ağayevlə bağlı ardıcıl iki iddia ortaya çıxıb.Qaynar.info xəbər verir ki, bu iddiaların ikisi də tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərliyə aiddir.

Facebookda yaydığı məlumatda İsgəndərli bildirib ki, Qubanın icra başçısı onun bacısı oğlu Ceyhun Əsgərovdan 5000 manat rüşvət alıb. Hüquq müdafiəçisi həmin pulun geri qaytarılmasını tələb edib.

Bunun ardından Vidadi İsgəndərli Mübariz Ağayevin təkcə Göyçayda olan 5 obeyktinin də fotoşəkillərini yayıb. Həmin şəkillərdəki obyektlərdən biri kimi Göyçay Çörək Kombinatıdır. Hüquq müdafiəçisinin yazdığına görə, sözügedən şəxs Göyçayda işləyən zaman həmin kombinatı su qiymətinə özəlləşdirib. Hal hazırda isə vergi belə ödəmir.

Digər bir şəkildə isə Göyçay Şadlıq Sarayının qarşısındakı çayxana əks olunub. Həmin çayxana da elə Çörək Kombinatının yaxınlığında yerləşir. Faktiki vergi ödəməyən bu obyektin dəyərinin isə 2 milyon manat olduğu vurğulanır.

«Şirvanmest» deyilən ərazidə süni göllə əhatə edilmiş restoranın da fotoları İsgəndərli tərəfindən yayılıb və qeyd edilir ki, dəyəri 1 milyon manat olan bu obyekt də vergi ödəmir. Sonuncu fotoşəkil isə yenə də «Şirvanmest» deyilən ərazidə müasir üslubda tikilmiş «Göyçay» Şadlıq Sarayı əks olunub. Hüquq müdafiəisi iddia edir ki, dəyəri 5 milyon manat olan bu iaşə obyekti də vergi ödəmir.

Vidadi İsgəndərli yaxın günlərdə Mübariz Ağayevin Göyçay, Mingəçevir, Quba və Bakıdakı digər ticarət obyektlərinin də fotolarını yayılacağını bildirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə