Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qafqaz Universitetinin müəllimi Ərdoğanı “piskopat” adlandırdı – FOTO
Qafqaz Universitetinin müəllimi Ərdoğanı “piskopat” adlandırdı – FOTO
03 Aprel 2014 / 14:12 / Baxış sayı: 162
Font1 Font2 Font3 Font4

Qafqaz Universitetində “Nurçu” qalmaqalı hələ davam edir. arxiv.bizimxeber.az-ın elektorn ünvanına daxil olan məlumata görə, Azərbaycanda “Nurçu”ların əsas simalarından biri də, politoloq Fərhad Mehdiyev.  Məlumatda qeyd olunur ki, Fərhad Mehdiyev həmçinin Bakı Dövlət Universitetinin hüquq fakultəsinin müəəlimidir. O, özündən başqa bir neçə müəllimi və hətta Millət Vəkilini “Nurçu”luğa dəvət edib.

Həmçinin Fərhad Mehdiyev “facebook” səhifəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Twitter qadağasına görə piskopat  adlandırıb. Amma Qafqaz Universitetinin rektoru Əhməd Sanıc buna etiraz edərək, Fərhad Mehdiyevə xəbərdarlıq edib.

Rektor bildirib ki,  bu dönəmdə bir başa Ərdoğana qarşı Qafqaz Universiteti müəlliminin savaş açması  uğur gətirməz.

Məlumata görə, “Nurçu”ların əsas istəklərindən biri də, sadəcə hakimiyyət deyil müxalifət partiyalarından da millət vəkilləri olsun. Buna görə, hansısa müxalifət partiyasından Fərhad Mehdiyevin Millət Vəkili seçilməsinə çalışırlar.

Daha bir məlumata görə, Ərdoğanın yaxın günlərdə Azərbaycana səfəri “Nurçu”ları dəhşət qorxuya salıb.  Ən maraqlı məqam isə, Ərdoğanın piskopat adlandırmaları məsələsi səfər çərçivəsində gündəmə gələ bilər. Azərbaycalı bir politoloqun Ərdoğanı “piskopat” adlandırmasə rəsmi görüşdə Azərbaycan tərəfinə “Nurçu”ların Türkiyə baş nazirinə qarşı Azərbaycanda mənfi fəaliyyətləri kimi misal göstərilə bilər. Bu isə bu dönəmdə Azərbaycana lazım deyil.

Politoloq Fərhad Mehdiyevin mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az
İlkin

ferhad mehdiyev politoloq



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə