Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Lotu Quli”nin qohumu atışmada yaralı yaxalandı
“Lotu Quli”nin qohumu atışmada yaralı yaxalandı
03 Aprel 2014 / 14:18 / Baxış sayı: 404
Font1 Font2 Font3 Font4

Moskvada xüsusi təyinatlılarla atışmada 42 yaşlı azərbaycanlı İlham Hacıyev yaxalanıb.Virtualaz.org saytı Rusiya hüquq-mühafizə orqanlarının yaydığı rəsmi açıqlamaya istinadən xəbər verir ki, o, Sankt-Peterburqda tanınmış azərbaycanlı kriminal avtoritet, “Albert Gəncinski” və “Albert Rıjıy” ləqəbləri ilə tanınan Əli Heydərova qarşı baş tutmayan sui-qəsdi sifariş vermiş şəxsdir.

2011-ci ildə öldürülmüş məşhur kriminal avtoritet, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qruplaşmasına daxil olan “Albert Gəncinski”yə qarşı sui-qəsd cəhdi martın 18-də olub. Kriminal avtoriteti öldürmək istəyən iki killer planlaşdırılan qətldən bir neçə dəqiqə əvvəl yaxalanıb. Onların maşınından silah, pariklər və Heydərovun fotosu aşkar edilib.

Hüquq-mühafizə orqanları killerlərin Heydərovu öldürmək üçün Moskvadan sifariş aldıqlarını müəyyən ediblər və İlham Hacıyevin izinə düşüblər.

Xəbərə görə, İ.Hacıyev kriminal aləmdə “Hamlet” kimi tanınır. O, saxlanılarkən silahlı müqavimət göstərib. Rusiya DİN-in mərkəzi aparatındakı mənbə bildirib ki, Hacıyev mənzilinin balkonundan tullanaraq qaçmaq istəyib. O, həyətə tullanıb və SOBR xüsusi təyinatlılarına atəş açıb. Xüsusi təyinatlıar ona qarşı travmatik silahlardan istifadə ediblər və Hacıyevi yaralı halda zərərsizləşdiriblər. Onun beş deşilmiş yara aldığı bildirilir.

O da məlum olub ki, İlham Hacıyev hazırda Azərbaycanda həbsdə olan, “Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifovun qardaşı, “vor zakon” titulu daşıyan Namiq Səlifovun qohumudur. Namiq Səlifov hazırda Türkiyədə gizlənir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə