Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx vəhhabilərin çox olduğu rayonlarda dindarlarla görüşür (Yenilənib)
Şeyx vəhhabilərin çox olduğu rayonlarda dindarlarla görüşür (Yenilənib)
03 Aprel 2014 / 14:20 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Quba rayonuna səfəri çərcivəsində burada yerləşən Hacı Cəfər məscidində olub.

Şeyx məscidin təmiri üçün 10 min manat pul ayırıb. Şeyxülislam ayırdığı pulu məsciddə olarkən nümayəndələrə təqdim edib. Daha sonra o, məscidə  qeydiyyatdan keçən 22dini ədəbiyyat təqdim edilib. Həmçinin məscidə vəhhabilik əleyhinə olan kitab və Quran-Kərim də verilib. Görüş Heydər Əliyev Mərkəzində davam etdirilib.

QMİ sədri Quba Memorial Soyqırımı Kompleksini də ziyarət edib. Şeyxülislam soyqrımı dünyanın ən dəhşətli faciəsi adlandırıb.  Qeyd eədk ki, hazırda A.Paşazadə Qusar rayonundadır və Heydər Əliyevin abidəsini ziyarət edib. Rayonun yerli dindarları ilə görüşüb. Qusar ziyarətindən sonra Şeyx Xaçmaza yola düşəcək.

*   *   * 14:57

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycanın şimal rayonlarına səfərə gedib.

Virtualaz.org “Turan”-a istinadən bildirir ki, QMİ sədrinin bu gün Qubada,  sonra  Xaçmaz və Qusarda dini icmaların rəhbərlərilə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlər dini maarifləndirmə xarakteri daşıyır.

A.Paşazadənin Qubadakı Quba Soyqırım Memorial Kompleksinə baş çəkəcəyi də gözlənilir.

Əsasən ölkənin şimal rayon sakinləri olan və vəhhabi təriqətinə qulluq edən  Azərbaycan vətəndaşlarının Suriyadakı döyüşlərdə qanunsuz silahlı dəstələrin tərəfində döyüşməsi kütləvi hal alıb. Sumqayıt şəhər sakinlərinin də adları bu döyüşlərdə iştirak edənlər sırasında tez-tez çəkilir. Bu döyüşlərdə ölən Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir. Ölkə iqtidarı vətəndaşları bu döyüşlərə qatılmaqdan çəkindirmək üçün belə əməllərə görə qanunvericilikdə nəzərdə tutulan cəzaları sərtləşdirsə də hələlik istənilən nəticə alınmır.

Bununla bağlı dini mərkəz olaraq QMİ-nin şəxsi heyəti vəhhabiliyin yayıldığı bölgədə vətəndaşlarla, dini icmalarla müntəzəm görüşlər keçirməyə üstünlük verir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə