Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğanın səfəri ilə bağlı sürücülərə xəbərdarlıq
Ərdoğanın səfəri ilə bağlı sürücülərə xəbərdarlıq
03 Aprel 2014 / 15:06 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana sabah nəzərdə rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya məlumat verilib.

Məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etmək xahiş olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə