Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisindən internetdəki video ilə bağlı açıqlama – Video
Yol polisindən internetdəki video ilə bağlı açıqlama – Video
03 Aprel 2014 / 15:09 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Vaqif Əsədov: ” Kimsə ya polis adından, yaxud da, polis olmasından istifadə edir”

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə verdiyi açıqlamada bu məsələdən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, belə hallarla bağlı idarəyə heç bir şikayət daxil olmayıb.

V.Əsədov deyib ki, bu çox ciddi məsələdir. Əgər kimsə mülki geyimdə polis olduğunu deyib, sürücünü saxlayırsa, bu birbaşa cinayətdir.

“Mən özüm mülki geyimdə olan zaman, heç bir halda sürücünü saxlamağa ixtiyarım yoxdur. Bu dələduzluqdur. Bu hal baş verirsə, həmin şəxs cinayət edir. Kimsə ya polis adından istifadə edir, yaxud da polis olmasından istifadə edir. Həmin şəxs birbaşa məsuliyyət daşıyır”, – deyə V.Əsədov vurğulayıb.

Vaqif Əsədov onu da əlavə edib ki, məsələ araşdırılacaq və günahkar cəzalandırılacaq.

*   *   * 11:19

Bakıda yol polisi əməkdaşlarının törətdiyi daha bir özbaşınalığı əks etdirən video sosial şəbəkələrdə ildırım sürətilə yayılıb populyarlaşır.

Virtualaz.org saytı xəbər verir ki, həmin videoda özünü DYP əməkdaşı kimi təqdim edən naməlum bir şəxs içində qızla oğlanın olduğu maşını saxlatdırır. Həmin naməlum şəxs sürücüdən sürcülük vəsiqəsini və etibarnamə tələb edir. Sürücü isə sənədlərini naməlum adama verməkdən imtina edir. Bu zaman həmin şəxs sürücünü hədələməyə başlayır.

Vəziyyəti gərginləşdirmək istəməyən gənc sürücü maşını sürüb gedir. Lakin bir neçə yüz metr gedəndən sonra onu DYP əməkdaşları saxlayaraq avtoxuliqanlıqda ittiham edir.

Ümid edirik ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi bu videosüjetə diqqətlə baxıb tədbir görmək istəyinə düşəcək.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə