Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıtın polis bölmələrindən DİN-ə şikayət ediləcək
Sumqayıtın polis bölmələrindən DİN-ə şikayət ediləcək
03 Aprel 2014 / 16:05 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıtdakı polis bölmələrində olublar

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıtdakı polis bölmələrində aşkarladıqları nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcək. ANS PRESS-in məlumatına görə, MPQ üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə və Abşeron Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerlərinə başçəkmələr həyata keçiriliblər. Başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qeyd edilməlidir ki, qəbul olunmuş şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adıçəkilən MSY-lər standartlara cavab versə də, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrində sənədləşmədə nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə