Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BP-də yeni vitse-prezident
BP-də yeni vitse-prezident
03 Aprel 2014 / 22:24 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

BP şirkəti Co Mörfini Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunun “Cənub dəhlizi” üzrə vitse-prezidenti vəzifəsinə təyin edib.

“BP-Azerbaijan”dan ANS TV-yə verilən məlumata görə, bu yeni vəzifəsində C.Mörfi “Şahdəniz” üzrə qazın dəyər zəncirinin (QDZ) inteqrasiyasına və BP-nin bütün “Cənub dəhlizi” məsələləri üzrə şirkətxarici işlərinə, o cümlədən “Şahdəniz” QDZ-nin Yunanıstan, Albaniya, İtaliya hökumətləri və Avropa Komissiyası ilə əlaqələrdə təmsil olunmasına cavabdeh olacaq. O, BP-nin Bakı ofisində işləyəcək və BP-nin AGT regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Bu təyinat AGT regionunun “Cənub dəhlizi” üzrə hazırkı vitse-prezidenti Al Kukun BP Qrupu prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin olunmasından sonra verilib. Hər iki təyinat may ayının əvvəllərində qüvvəyə minəcək.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “Mən dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən birinə ilk gündən rəhbərlik edərək göstərdiyi əhəmiyyətli səylərə görə Al Kuka öz minnətdarlığımı bildirmək istəyirəm. O, bu vəzifəni gərgin fəaliyyətlə dolu son 5 il ərzində yerinə yetirib və bu fəaliyyətlər layihəni 2013-cü ilin dekabr ayında yekun investisiya qərarına gətirib çıxardı. O, öz bacarıq və qətiyyəti ilə çoxsaylı maraqlı tərəfi və çoxistiqamətli xüsusiyyəti olan bu layihəni uğurla inteqrasiya edən və irəli aparan bir komandaya rəhbərlik etdi.

Mən Al Kuka yeni təyin olunduğu BP Qrupunun baş icraçı direktorunun icra aparatının rəhbəri vəzifəsində uğurlar arzulayıram. Bu yeni vəzifəsində o, birbaşa Bob Dadlinin rəhbərliyi altında işləyəcək. Həmçinin fürsətdən istifadə edərək Conun AGT regionuna təyinatından məmnunluğumu bildirmək istərdim. Co neft və qaz sənayesində geniş beynəlxalq təcrübəyə malikdir.

Mən əminəm ki, onun bu təcrübəsi “Cənub dəhlizi”nin irəliləyişinin uğurla davam etməsi və “Şahdəniz-2″ layihəsi çərçivəsində ilk qazın 2018-ci ilin sonlarında bazarlara çatdırılması səylərinə dəyərli töhfə verəcək”.
C.Mörfi öz yeni təyinatına hazırda işlədiyi əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə icraçı vitse-prezidentin icra aparatının rəhbəri vəzifəsindən keçəcək. O, BP şirkətinə 2000-ci ildə gəlib. Neft və qaz sənayesi sahəsində təcrübəli menecerdir və Meksika körfəzi, Vyetnam, Yaxın Şərq, Misir və Şimali Amerika regionlarında rəhbər vəzifələrdə çalışıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə