Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Elnur Aslanova vəzifə verilməsi o demək deyil ki…”
“Elnur Aslanova vəzifə verilməsi o demək deyil ki…”
04 Aprel 2014 / 11:02 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

“O, Prezident Administrasiyasında dövlətin tabeliyində olan böyük gənclər qrupunu nəzarətdə saxlayırdısa, indi bu, mümkün  deyil”.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, Elnur Aslanova yeni vəzifə verilməsinin normal hal olduğunu bildirib:  “Elnur Aslanov hər halda işsiz qalmayacaqdı. Bu vəzifəsi ilə o birisi arasında çox böyük fərq var. Prezident Administrasiyasında o dövlətin tabeliyində olan böyük gənclər qruplarını nəzarətdə saxlayırdısa, indi bu, mümkün  deyil. Hansısa bir işə onsuz da təyin olunmalıydı. O da insandır. Haradasa işləyib, maaş alıb, ailəsini dolandırmalıdır. Ola bilsin, müəyyən əlaqələri də rol oynayıb. Müəyyən imkanlardan istifadə edib. Bu o demək deyil ki, əgər Elnur Aslanova hansısa vəzifə verilibsə, şəbəkənin radikal qanadı özünü rahat hiss edə bilər. Bu, qətiyyən belə deyil”.

Qeyd edək ki, Elnur Aslanov aprelin 2-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsinə gətirilib. Bundan öncə isə o, Prezident Administrasiyasında İnformasiya Təminatı və Analitik Təhlil Şöbəsinin sədri vəzifəsini icra edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə