Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayevin layihəsi alt-üst oldu
Rövnəq Abdullayevin layihəsi alt-üst oldu
04 Aprel 2014 / 11:17 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevin yaxın günlərdə Azərbaycanda böyük bir media layihəsinə start verəcəyi haqda məlumat vermişdik.

Onu da bildirmişdik ki, Rövnəq Abdullayevin media imperiyası qurmaq istəyi özü barədə mətbuatda immunitet yaratmaq, bu imkanlardan isə rəqiblərinə qarşı istifadə etməkdir. Report.az adı ilə fəaliyyətə başlayacaq yeni informasiya agentliyində əsasən hakimiyyətin nəzarətində olan iki böyük medianın-Trend və APA-nın əməkdaşlarından ibarət kollektiv formalaşdırmaqda idi.

Onlara Trend və APA-da olduğundan iki dəfə artıq yüksək məvacib vəd edilərək işə dəvət olunmuşdular. Məlumat üçün deyək ki, həmin agentliklərin hazırkı və keçmiş əməkdaşlarından bir qrupu bu təklifi dəyərləndirərək transfer olunmuşdular. Onların adları da məlumdur, lakin yazmağa gərək duymuruq. Sadəcə bir məqamı qeyd edək ki, report.az layihəsi Məmməd Ələkbərovun adına qeydiyyatdan keçəsə də, ona baş redaktorluq Trend-in keçmiş gənc müxbiri Murad Əliyevə tapşırılıb.

Rövnəq Abdullayevin yaratdığı media layihəsi ilə bağlı kifayət qədər informasiya vermişdik. Ona görə də həmin məqamları təkrar etməyə ehtiyac görmürük. Ancaq onu vurğulayaq ki, SOCAR-ın bu layihəsini sözügedən agentliklərin himayəçiləri bəyənməmişdir və Rövnəq Abdullayevin addımı bu sahədə dəngənin pozulması kimi qiymətləndirilmişdi. Sadəcə bir misalla onu deyək ki, report.az-da əməkdaşlara bir neçə dəfə yüksək əmək haqqı təklif olunması qıcıq yaradan əsas amillərdən biri idi.
“Qafqazinfo” xəbər verir ki, “Report.az”ın Xətai metrosu yaxınlığındakı geniş ofisində mayın 1-dən fəaliyyətə başlayacağı gözlənilsə də, artıq Rövnəq Abdullayevin layihəsi ilə bağlı mediada yayılan məlumatlar agentliyin gələcək fəaliyyətinə ciddi maneələr ortaya çıxardığı məlum olub. Bəlli olub ki, SOCAR tərəfindən belə layihənin maliyyələşdirilməsinin narahatlıqlar yaratması haqda Rövnəq Abdullayevə ciddi xəbərdarlıq olunub. Ona mövcud qaydalara riayət etməsinin vacibliyi xatırladılıb.
Bundan sonra artıq kollektivi formalaşdırılan “report.az”da müəyyən narahatlıqların yaşandığı, hətta yüksək əmək haqqı ilə işə dəvət olunanlardan bir neçəsinin “vəd edilən əmək haqqı olmayacaq” xəbərdarlığından sonra geri dönmək istəkləri ilə bağlı xəbərlər yayılıb.
Elə “report.az”la bağlı mətbuatda məlumatlar gedəndən sonra saytın rəhbərliyi tərəfindən açıqlanma veriləcəyi vəd olunsa da, sonradan bu təxirə salınıb. Hazırda “report.az”ın yaxın günlərdə fəaliyyətə başlayıb-başlamayacağı sual altına düşüb. Belə demək mümkünsə Rövnəq Abdullayevin yeni layihəsi beşikdəcə boğulub…

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə