Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Spikerdən Etibar Hüseynova: “Sən az danışsan yaxşıdır”
Spikerdən Etibar Hüseynova: “Sən az danışsan yaxşıdır”
04 Aprel 2014 / 11:42 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk çıxış edən deputat Etibar Hüseynov dedi ki, sosial mediada təxribatla üz-üzədir: “Məsələ ondadır ki, həmin çıxış eyni ünvandan yayılsa da, müxtəlif başlıqlar qoyaraq yayılır. İnsanları qıcıqlandıran, onların ləyaqətini alçaldan fikirlər yayılır.

Guya mən deyirəm kli, qaçqınlar kimdir ki, mən onlardan üzr istəyim, gedin Suriyada döyüşün və sair. Artıq bu faktları toplayıram və yaxın vaxtlarda onlar ifşa olunacaq. Mənim heç kimi təhqir etmək fikrim olmayıb. Gərək daha ehtiyatlı danışaydım. Əgər bir kəsin qüruruna toxunan fikir işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Bu andan etibarən istintaq başa çatmamış mediaya heç bir açıqlama verməyəcəyəm”.

O.Əsədov dedi ki, “sən mətbuatda nə qədər az danışsan, o qədər yaxşıdır, yaxşı ki, geniş açıqlama verməmisən. Dünən intizam komissiyasının sədrinin iştirakı ilə bu məsələni ciddi şəkildə müzakirə etdik. Ona görə də mən millət vəkiləlrindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq” (Musavat.com).

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə