Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Piriverdiyevin kadrından müdhiş özbaşınalıq
Etibar Piriverdiyevin kadrından müdhiş özbaşınalıq
04 Aprel 2014 / 11:56 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

Qazax bələdiyyəsi rayonda görünməmiş qanunsuzluğa əl atıb. “Axar.az”a rayon sakinlərinin verdiyi məlumata görə, Qazax bələdiyyəsi Nəriman Nərimanov qəsəbəsi 49 nömrəli binaya gələn 4 kilovattlıq xəttin yerləşdiyi ərazini sahibkarlıq məqsədiylə ayrı-ayrı vətəndaşlara satıb. Sakinlər bildirir ki, satılan torpaq sahəsinin altından enerji xətti keçir: “Sahibkarlar bələdiyyədən aldıqları ərazidə tikinti apararkən həmin xətt onlara mane olub. Buna görə 29 mart 2014-cü il tarixində müvəqqəti olaraq işıqlarımızı söndürdülər və Qazax elektirik şəbəkəsinin işçiləri və rəhbərləri yerin altı ilə gedən xətləri üzə çıxararaq asfalt yolun kənarına qoydular. İş qurtarandan sonra isə işığımızı yandırdılar”.

Sakinlər deyir ki, əsl problem də elə bundan sonra başlayıb: “İşığımız elə güclü yandı ki, bütün elektrik avadanlıqlarımız sıradan çıxdı. Binada 44 ailənin sayğacları da yandı. Sonradan öyrəndik ki, bizim evlərə 220 əvəzinə, 380 vatt gücündə gərginlik veriblər. Bu da bütün elektrik avadanlıqlarımızın sıradan çıxmasına səbəb olub”. Yaranmış problemlə əlaqədar sakinlər Qazax elektrik şəbəkəsinin yeni rəis əvəzi İbadət Göşiyevə müraciət ediblər. İ.Göşiyev iş günü olmadığı üçün sakinlərin narahatçılığını kobud şəkildə qarşılayıb: “Bildirdi ki, bu gün iş günü deyil. Problemimizlə əlaqədar ona bir neçə sual versək də, cavabı belə oldu ki, onu mən bilərəm. Amma xətləri torpağın altından çıxaranda da iş günü deyildi. Nədənsə bununla bağlı heç nə danışmadı”.

Qazax elektrik şəbəkədən sakinlərə bildiriblər ki, həmin gün külək olduğundan “0 xətti” qırılıb. Ancaq vətəndaşlar həmin gün qətiyyən küləyin olmadığını deyirlər. Şikayətçilərin sözlərinə görə, aparılan işlə əlaqədar yol kənarına qoyulan və təhlükə saçan yüksək gərginlikli elektrik xətləri də gediş-gəlişə problem yaradır. Zərərçəkənlər onlara dəyən ziyanın ödənilməsini və günahkarların cəzalandırılmasını istəyir. Problemlə əlaqədar Azərenerji ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin sualımıza cavab verən olmadı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə