Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan nurçu jurnalistə: “Yerini dəyiş”
Ərdoğan nurçu jurnalistə: “Yerini dəyiş”
04 Aprel 2014 / 13:26 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri öncəsi Atatürk hava limanında keçirdiyi brifinq zamanı ona verilən suala əsəbiləşib. “Axar.az” xəbər verir ki, “Today’s Zaman” qəzetinin müxbirinin Ərdoğana verdiyi, “Egemen Bağışa aid olduğu iddia edilən bəzi səs yazıları internetdə yayımlanıb. Hər kəs bununla bağlı açıqlama veridi, təkcə AKP-dən başqa. Bununla bağlı nə düşünürsünüz?” sualı Baş naziri özündən çıxarıb. 

Jurnalistin bu sualına Ərdoğanın cavabı sərt olub: “Siz jurnalistsiniz, dostumuzun açıqlamasını belə eşitməmisiniz. Onun özü bunun yalan olduğunu ortaya qoydu. Biz dostumuzu bu cür dublyaj, montaj edənlərdən yaxşı tanıyırıq. Bunlar saxtakardılar. Bunlarda hər şey var”.

Sözünü bitirdikdən sonra Ərdoğan Enerji və Təbii Sərvətlər naziri Taner Yıldızdan jurnalistin hansı qəzetdə işlədiyini soruşub. Nazirin “Today’s Zaman” cavabından sonra Ərdoğan jurnalistə üzünü tutaraq, “Məncə, siz ordan ayrılın, yerinizi dəyişdirin”, – deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə