Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Buta Sığorta” avtomobillərin parklanması mədəniyyətini aşılayır
“Buta Sığorta” avtomobillərin parklanması mədəniyyətini aşılayır
04 Aprel 2014 / 13:51 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Azərbaycanda sığorta şirkəti “Buta Sığorta” və aparıcı avtomobil saytı “Auto.az” xüsusi mobil telefon üçün tətbiqi proqram “Parking.az”-ı bütün avtomobil həvəskarlarının diqqətinə çatdırır. Bu layihənin məqsədi qayda pozucularının şəxsi ləyaqət hissinə xələl gətirmədən qeyri-qanuni parklama ilə mübarizə aparmaqdan ibarətdir.

“Parking.az” tətbiqi proqramı Azərbaycanda qayda pozucularını rişxənd və qeyri-formal yolla tənqid edən birinci və artıq ən populyar layihədir.

Bütün Smartfon sahibləri və “Facebook” sosial şəbəkəsi istifadəçiləri bu proqramın imkanları sayəsində qayda pozan maşını şəxsən müəyyən etməklə parklama qaydalarının pozulmasına qarşı mübarizə aparılmasından faydalana bilər. Bu məqsədlə ekranın aşağı hissəsindəki müvafiq ikonanı basmaq və qaydanı pozmuş avtomobilin nömrəsini daxil etmək və “Share” düyməsini basmaq kifayətdir. “Facebook”-da uğurla qeydiyyatdan keçdikdən sonra istifadəçi yenidən “Share” düyməsini basır. Moderatorun təsdiqindən sonra fotoşəkil qeyri-qanuni parklama ilə mübarizənin xəbərlər lenti qrupuna düşür.

“Parking.az” tamamilə pulsuzdur və onu mobil telefona yüklədikdən dərhal sonra aktivləşir. Telefona yüklədikdən sonra istifadəçi həmin fotoşəkilə rəy verə və onu “like” edə bilər. Gözlənilir ki, belə bir “şöhrət” potensial parklama qaydasını pozan sürücüləri avtomobillərini qadağan olunmuş yerlərdə parklamazdan öncə parklama qaydaları haqqında ciddi şəkildə düşünməyə vadar edəcək. Qeyd etmək lazımdır ki, “Parking.az” istifadəçiləri öz profillərini və yerləşdirdikləri fotoşəkillərə baxmaq imkanına malik olacaq. Bu tətbiqi proqramda həm də “Kings” və “Hot” bölmələrində fotoşəkillərin filtri də nəzərdə tutulub. Belə ki, avto-qayda pozucuları “Kings” bölməsində “like”-lərin cəmi sayı üzrə çeşidlənəcək. “Hot” bölməsini seçməklə hamı son 24 saat ərzindəki ən populyar fotoşəkilləri görə bilər. İstifadəçilərin istəyindən asılı olaraq, onlar “Facebook”, yaxud “Twitter” şəbəkələrinin səhifələrində fotoşəkilləri bir-biri arasında paylaşa bilər.

Bundan əlavə, “Buta Sığorta” tətbiqi proqramın təklifləri sürücülərin əsl yardımçısıdır, çünki, bu, onlara parklama qaydalarını ən yaxşı formada öyrənmək imkanı verir.

“Parking.az” tətbiqi proqram haqqında daha ətraflı məlumatı http://parking.az/ saytından əldə edə bilərsiniz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə