Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə ilə hərbi müqavilə imzalanacaqmı? – Ekspert
Türkiyə ilə hərbi müqavilə imzalanacaqmı? – Ekspert
04 Aprel 2014 / 14:53 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4

“Əgər belə tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi”.

Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O, Türkiyəylə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanmasına inanmadığını bildirib:“Hərbi tərəfdaşlıq haqqında müqavilənin imzanlanacağını güman eləmirəm. Ola bilər ki, nə isə olsun. Amma Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqavilə hələ iki il əvvəl imzalanıb. Bundan o tərəfə heç nə olmayıb. Bunun da səbəbləri var. Səbəblərdən biri odur ki, Türkiyənin NATO ölkəsi olaraq qarşısında müəyyən öhdəlikləri var. NATO-nun üçüncü ölkələrlə geniş diapazonlu əməkdaşlığı üçün alyans ilə anlaşması olmalıdır. Bu gün belə bir anlaşmanın olmasının əlamətləri görünmür. Türkiyə ilə NATO arasında belə bir anlaşma var ki, məhz alyansın həmin funksiyasını o yerinə yetirir. Ola bilər, yanılıram. Amma mən bu əlamətləri görmürəm. Ona görə belə bir şey mümkün deyil”.

Politoloq müqavilənin imzalanmasında əsas problemin Azərbaycanın yürütdüyü balanslı siyasətlə bağlı olduğunu qeyd edib:

“Azərbaycan tərəfi balanslaşdırılmış siyasət yürütməklə çalışır ki, heç bir tərəflə müqavilə bağlamasın. Mən hələ bilmirəm hansı daha önəmlidir. Amma hər halda hər iki tərəfdə bu niyyəti görmürəm. Hansısa silah alış-verişi barədə və yaxud strateji tərəfdaşlıq haqqında müqavilənin inkişafı üçün memorandum imzalana bilər. Amma Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlıq kimi ciddi bir sənədin imzalanacağına inanmıram. Əgər belə bir tərəfdaşlığa ehtiyac olsaydı, iki il bundan əvvəl imzalanmış sənəd parlamentlərdə ratifikasiya edilərdi”.

Qeyd edək ki, dünən bəzi ekspertlər Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə ilə hərbi tərəfdaşlıq haqqında müqavilənin imzalanacağını bildirmişdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə