Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azercell” Şərurda yeni Ekspres ofisini istifadəyə verdi
“Azercell”  Şərurda yeni Ekspres ofisini istifadəyə verdi
04 Aprel 2014 / 14:59 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

Azercell şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən etibarən Naxçıvan Muxtar Respublikasında yeni AzEks ofisini abunəçilərin ixtiyarına verib.  Şərur şəhəri Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Belə ki, yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət”(“one-stop shopping”) konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Qeyd edək ki, ölkənin lider mobil operatoru Azercell şirkətinin bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni AzEks ofisləri, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq etmişdir.

Onu da vurğulamaq yerinə düşər ki, Azercell artıq bir neçə ildir  ki, Naxçıvan MR-da əhəmiyyətli  layihələr həyata keçirir. Ötən il Naxçıvan Dövlət Universitetində Tələbə Təqaüd Proqramının həyata keçirilməsinə başlanılıb.  Azercell-in bu proqramı istedadlı tələbələrə aylıq 200 AZN məbləğində təqaüd almaq imkanını verir. Bundan əlavə, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 4G sınaq laboratoriyası istifadəyə verilib. Bu layihə  universitetin 108 hektarlıq ərazisində 4 mindən artıq tələbəyə 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanını verir. Yeni açılan AzEks ofisi isə Naxçıvan sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Şərurda açılan yeni ofis abunəçilərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Lalə
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə