Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayevin yeni layihəsinin rəhbəri danışdı
Rövnəq Abdullayevin yeni layihəsinin rəhbəri danışdı
04 Aprel 2014 / 15:09 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

“Son günlər report.az adlı yeni informasiya agentliyinin yaradıldığı ilə bağlı yazılan xəbərlər gündəmi zəbt edib. Mənim də həmin layihəyə baş redaktor vəzifəsinə dəvət olunduğumu artıq bir çox həmkarlar bilməmiş deyil və həmin yerə işə qəbul olmaqla bağlı durmadan zənglər gəlir, Facebook-a ismarıclar ünvanlanır”.

Modern.az saytı xəbər verir ki, bunu report.az saytının baş redaktoru Murad Əliyev bildirib. O, qeyd edib ki, layihənin nə vaxt fəaliyyətə başlaması ilə bağlı ona heç bir məlumat verilməyb: “Digər tərəfdən, qəti şəkildə bildirirəm ki, report.az üçün işçi qəbulunu mən deyil, bütövlüklə agentliyin HR şöbəsi və rəhbərliyi həyata keçirir, Bütün müraciətlə[email protected] mail ünvanına göndərilməsi lazımdır”.

Baş redaktor daha sonra bildirib ki, bir sıra jurnalist həmkarlar məvacibin artırılması və ya sadəcə öz rəhbərliyinə sədaqətini nümayiş etdirmək niyyəti ilə səs-küy salıblar ki, bəs “məni də çağırırdılar, getmədim”:

“Mətbuatda 3 dəfə şişirdilmiş şəkildə göstərilən əmək haqqı ilə bağlı yayılan dezinformasiyalar da həmin şəxslərin belə çıxışlarına əsas yaradıb. Həqiqətdə isə əlimdə olan müfəssəl məlumatlara görə, bu günədək mətbuatda imzaları tanınan 5 nəfərdən başqa heç kimə iş təklifi göndərilməyib. Ayıbdır vallah!”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə