Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yaxın günlərdə Müdafiə Nazirliyində həbslər olacaq
Yaxın günlərdə Müdafiə Nazirliyində həbslər olacaq
04 Aprel 2014 / 16:21 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

“Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər”. Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib: “Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziyada, dağılmadan, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır”.

Ekspert yaxın günlərdə yenə həbslərin olacağını deyib:

“Təsəvvür edin ki, qərargah rəisi nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Çox gülünc maddədir. Bu növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq. Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq azad olacaqlar”.

Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi polkovnik Yunus Məmmədov həbs edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə