Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da bədii-yaradıcılıq festivalı keçirildi – FOTOLAR
SDU-da bədii-yaradıcılıq festivalı keçirildi – FOTOLAR
05 Aprel 2014 / 23:52 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

Müasir və müstəqil Azərbaycan Respublikasının ictimai, siyasi, mədəni həyatında qazanılan parlaq qələbələri ölkə tarixinə qızıl hərflərlə yazmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə aprelin 4-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivinin baxış” müsabiqəsi keçirilmişdir.

Tələbələr əsasən bədii qiraət, ifa, rəqs və s. musiqi nömrələri üzrə öz məharətlərini göstərdilər.

Bütün ali təhsil müəssisələrinin qatıldığı bu müsabiqədə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, ADPU-nun baş müəllimi, bəstəkar Nailə Mirməmədli, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet teatrının baş rejissoru Hafiz Quliyev, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktor müavini Kəmalə Həsənova     münsiflər kürsüsündə əyləşmişdilər.

Istedadlı tələbələr münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdirdilər.

Bədii qiraət üzrə Fizika və elektroenergetika fakültəsinin tələbəsi Rufanə Hacıyeva Cabir Novruzun “Sevin Azərbaycan”, Kimya və biologiya fakültəsinin tələbəsi Lalə Axundlu Məmməd Arazın “Ayağa qalx Azərbaycan!”, Filologiya fakültəsinin tələbəsi Lalə Niftəliyeva Abbas Səhhətin “Vətən”, Filologiya fakültəsinin tələbəsi Əfşan Veysəlova Əhməd Cavadın “Kuropatkinə”, Filologiya fakültəsinin tələbəsi Anar Məmmədli Cabir Novruzun “Azərbaycan dərdi”, Mühəndislik fakültəsinin tələbəsi Elvin Musayev öz müəllifi olduğu “Səni niyə sevmişəm?” şeirlərini yüksək peşəkarlıqla səsləndirdilər.

Müsabiqədə milli, folklor rəqsi ilə yanaşı xarici və hind rəqs nömrələri də alqışla qarşılandı.

Filologiya fakültəsinin tələbəsi Rahib Məmmədlinin saz ifası müsabiqəyə xüsusi al-əlvanlıq qatdı.

Mühəndislik fakültəsinin tələbəsi Niyaməddin Əhmədov “This is the life (Bu həyatdır)”, Riyaziyyat fakültəsinin tələbəsi Raci İmamverdiyev “Süsən Sünbül” xalq mahnısını ifa etdi. Raci İmamverdiyevin ifasındakı “Qarabağ şikəstəsi” münsiflər və tədbir iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra universitetdə tələbələrin hərtərəfli yetişməsi üçün yaradılan şəraitə və onlara göstərilən diqqət, qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

May ayının 7-də Azərbaycan Dövlət Musiqili Teatrında Ali məktəb tələbələrinin bədii-yaradıcılıqfestivalının yekun konseti keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə