Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurlarla “futbol-mərc” oyununu təşkil edən məlum oldu
Məmurlarla “futbol-mərc” oyununu təşkil edən məlum oldu
07 Aprel 2014 / 11:25 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Hansı məmur oyuna 1 milyon “stavka” edib? 

Bir müddət əvvəl “Futbol-mərc oyunlarının “qara bazarı”. 65 gizli məntəqəsi olan bu şəbəkənin gündəlik dövriyyəsi 200 min manatdan çoxdur” başlıqlı araşdırma yazısında gizli (qeyri-leqal ) fəaliyyət göstərən, dövlət büdcəsinə 1 manat da olsun vergi ödəməyən böyük bir şəbəkədən bəhs etmişdik. Bu şəbəkə futbol-mərc oyunlarını öz nəzarətində saxlamaqla yanaşı, qanunla qadağan olunmuş kazino-qumar oyunlarını da öz əllərində saxlayırlar.

Qafqaznews.az ötən araşdırma yazımızda “qara bazar”ın ən tanınmış simalarından biri “Yeraz Mehman” ləqəbli şəxsdən bəhs etmişdik.Bu yazı dərc olunandan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində qanunsuz idman mərc oyunları təşkil etməkdə təqsirli bilinən qrupun üzvlərini məsuliyyətə cəlb edib.
Hazırkı yazıda isə “qara bazar”ın ən yuxarı dairələrə əli çatan nümayəndəsi Rüfətin fəaliyyətini araşdırmağa çalışmışıq.

İlk öncə onu qeyd edək ki, Rüfət o dərəcədə böyük nüfuz sahibidir ki, ən imkanlı məmurlarla mərc oyunlarını birbaşa özü qurur. Təsəvvürünüzə gətirin ki, yüksəkçinli məmurlar Rüfətə zəng edərək hansısa oyuna “stavka” qoyurlar. Məbləğ isə 100-200 min manatdan aşağı olmur. Hətta elə olub ki, adını çəkmək istəmədiyimiz məmur “mərcə” 1 milyon qoyub. Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərinin sahibləri də tez-tez Rüfətin vasitəsilə futbol oyunlarına “stavka” edirlər.

Yəni Rüfət adi azarkeşlərlə deyil, elitar qumarbazlarla məşğul olur. Ən dəhşətlisi odur ki, müflis olmuş mərc həvəskarlarına nisyə oynamağa şərait yaradaraq onları daha dəhşətli vəziyyətə salırlar. Uduzmuş və imkanı olmayan mərc həvəskarlarının üstünə kriminal aləmin “razborşik”lərini göndərirlər. Rüfətin işi təkcə yüksək, imkanlı şəxslərlə işi qurmaqla bitmir.

Qafqaznews.az daxil olan məlumata görə Rüfət eyni zamanda Ukraynadan lazım olan kazino aparatları, qurğuları, peşəkar personalları, qızları Bakıya gətirir.  Ukraynadakı kazino şərikləri ilə sıx əlaqədə olan Rüfət burada qazanılan milyonları xaricə aparır. Bu pullar gizli yolla Ukraynaya axıdılır. Düzdür, 2 ayda bir dəfə hüquq-mühafizə orqanları Rüfəti saxlasalar da az müddətdən sonra buraxırlar. Niyə..?  Bu barədə növbəti araşdırma yazısında bəhs edəcəyik.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə