Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İşdən çıxan polis rəisinin oğluna hansı vəzifə verilir
İşdən çıxan polis rəisinin oğluna hansı vəzifə verilir
07 Aprel 2014 / 11:27 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

İşdən çıxan polis rəisinin oğluna vəzifə verilir?

Nazirə raport yazaraq səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş edən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayevin oğlu, polis mayoru Turabi Paşayev Nərimanov rayon 18-ci polis bölməsinə rəis təyin ediləcək. Daxili İşlər orqanlarından “Axar.az”a daxil olan məlumata görə, T.Paşayevin yeni vəzifəyə təyinatı ilə bağlı artıq nazir Ramil Usubova təqdimat da verilib.

Məlumata görə, polkovnik Ş.Paşayevin vəzifədən getməklə bağlı nazirə raport yazması gözlənilməz xəbər olub. Çünki Ş.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınıb. Ona görə də Ş.Paşayevin işdən getmək xahişindən sonra nazir onu qəbul edib. Polkovnik yaşlandığını və yerini gənclərə vermək istədiyini deyib. General Usubov isə “yerini gənclərə vermək istəyən” Ş.Paşayevin hüquq-mühafizə orqanlarındakı nüfuzunu nəzərə alaraq, onun oğluna vəzifə vermək qərarına gəlib.
Məlumatda həmçinin bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsi boşdur: “T.Paşayevin 18-ci bölməyə və yaxud Qaradağ Rayon Polis Şöbəsinin 38-ci bölməsinə göndərilməsi nəzərdə tutulur”.
Qaradağ Rayon 38-ci polis bölməsinin polis sahə rəisi, polis mayoru Mərdi Hüseynov “Axar.az”a açıqlama verərkən, bölmədə hər hansı dəyişiklik olmadığını dedi: “38-ci polis bölməsinin rəisi Rafiq Şərifovdur. Onun vəzifəsinin dəyişdiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.
Nərimanov Rayon 18-ci polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Sarvan Osmanov bildirdi ki, bölmənin rəisi təzəlikcə polis rəisi vəzifəsinə təyin olunub və hazırda bölmə rəissiz fəaliyyət göstərir: “Bizə kimin rəis göndəriləcəyini bilmirik, bu, cənab nazirin səlahiyyətindədir”.
DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yeni təyinatla bağlı hər hansı söz deməyin mümkün olmadığını söylədi: “Polkovnik Şahmar Paşayev doğrudan da hörmətli polis rəislərindən biridir və təəssüf ki, səhhəti ilə bağlı istefaya getməyə məcbur oldu. O ki qaldı onun oğlunun vəzifəyə gətirilməsinə, nazirin səlahiyyətində olan gələcək təyinatlarla bağlı proqnoz verə bilmərik”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə