Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident!
Yeddi il baş redaktoru olduğum “Azərbaycan müəllimi” qəzetinin bu il 80 yaşı tamam olur. Ötən bu illər ərzində qəzetə çoxlu tanınmış ziyalılar rəhbərlik etmişlər ki, onlardan biri də mən olmuşam. 2001-ci ildən 2007-ci ilədək bu qəzetin ağır yükünü məhz mən qəlbimdə, zehnimdə daşımışam.
Qəzetə rəhbər təyin olunduğum I-ci aydan başlayaraq oxucularla sıx təmas qurmaq məqsədi ilə əksər rayonlarda konfranslar keçirmişəm. İlk oxucu konfransım Naxçıvan Dövlət Universitetində baş tutub. Universitetin professor-müəllim heyəti, eləcə də Muxtar Respublikanın Təhsil Naziri və təhsil ictimaiyyəti bu təşəbbüsümü yüksək dəyərləndirdilər və bu addımı cəsarətli bir addım kimi qiymətləndirdilər.
Qeyd etdilər ki, bu görüş həm Naxçıvan ziyalıları üçün, həm də qəzet üçün tarixi bir hadisədir. Bu illər ərzində pedaqoji mətbuatı pedaqoji kollektivlərə sevdirmək üçün onu müəllimlərin tribunasına çevirməyin vacibliyini dərk edərək təhsil ocaqlarında çalışan qabaqcıl müəllimlərin iş təcrübələrinin yayılmasına, qəzetdə pedaqoji fikir tarixinin yaradılmasına çalışmışam. Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Təhsildə İslahatı Proqramı”nın bütün komponentlərini təhlil və təbliğ edərək onların yerlərdə tətbiqinə ciddi nəzarət etmişəm. Nəticədə qısa müddətdə qəzetin oxucu auditoriyası genişlənmiş, müəllim və pedaqoqların mənəvi qida mənbəyinə çevrilmişdir.
Çalışdığım 7 il ərzində yüzdən artıq siyasi məqaləm bu qəzetin və başqa rəsmi dövlət qəzetlərinin səhifələrində dərc olunub. Bu məqalələrin hər biri ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin təhlilinə və təbliğinə həsr olunmuşdur. Nəticədə səmərəli fəaliyyətimə görə 2005-ci ildə Mətbuat Günü münasibətilə imzaladığınız məlum sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmuşam. Buna görə Sizə – müdrik dövlət rəhbərinə öz dərin təşəkkürümü bildirirəm. İşdən çıxdığım bu illər ərzində də yaradıcılığımı davam etdirmiş, ölkə rəhbərinin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dövlətçiliyimizin çiçəklənməsi, qüdrətlənməsi naminə fəaliyyətlərini təbliğ edən çoxlu sayda publisist məqalələr, şeirlər və poema yazaraq aparıcı mətbu orqanlarda dərc etdirmişəm və bu missiyamı daim davam etdirməkdə israrlıyam.
Möhtərəm cənab Prezident!
“Azərbaycan müəllimi” qəzetinin 80-illik yubileyi ərəfəsində bu qəzetdə göz önündə olan xidmətlərimi, ümumiyyətlə mətbuat sahəsində səmərəli fəaliyyətimi və yaradıcılıq potensialımı nəzərə alaraq mənə “Əməkdar jurnalist” fəxri adı verməyinizi xahiş edirəm. Əmin ola bilərsiniz ki, bu addımınız mənə həyat stimulu verəcək və gələcək yaradıcılığıma xoş ovqat, ruh yüksəkliyi qatacaq.
Qeyd edim ki, bu mətbu orqandan əvvəl də pedaqoji mətbuatın ayrılmaz qolu sayılan “Savalan” (Azərbaycan pioneri) qəzetinə rəhbərlik etmişəm və ötən bu illər ərzində dəyərli oxuculara publisist məqalələrdən, satira və yumorlardan, eləsə də şeirlərdən ibarət 10 kitab təqdim etmişəm.
Öncədən təşəkkür edirəm;
Hörmətlə; Valeh MİRZƏ,
şair, publisist, “Azərbaycan müəllimi”qəzetinin keçmiş baş redaktoru,YAP-ın üzvü
Ünvan: Bakı şəhəri, Salyan şosesi 22, mənzil 11
telefon (050) 7448965
Valeh Mirzə. Bu imza çoxdandır yoxdur. Adam vəzifəsindən istifadə edə bilməyib. İndi də ad istəyir…. Ugurlar olsun. Hər halda İSTƏYİR….
Azərbaycanın dəyərli ziyalılarından olan Valeh Mirzənin bu müraciətini oxuyub bir qədər təəssüfləndim… O mənada ki, mətbuatımızın külüng vuranlarından olan bu möhtəşəm imza sahibinin hələ də fəxri adı yoxdur. İnanıram ki, cənab prezident bu müraciəti cavabsız qoymayacaq. Görünür fəxri adlara təqdiman yazanlar Valeh müəllimin həmişə “unudublar”. Məndən əvvəl şərh yazmış oxucu ilə razıyam. Valeh müəllim doğrudan da vəzifəsindən istifadə etməyib. Doğrudan da Azərbaycan reallığında vəzifəsindən istifadə edib özünə gün aglamayan adamlara cəmiyyət yaxşı baxmır.Valeh müəllim də başqaları kimi öz vəzifəsindən istifadə etsəydi indi bu müraciətinə də ehtiyac qalmazdı. Özünün bütün yaradıcı və idarəçilik imkanlarını yalnız mətbuatımızın inkişafına həsr edən bir ziyalının qarşısında əslində hamımız sayğı duruşunda dayanmalıyıq. Valeh müəllim, sizə uzun ömür arzulayıram. İnanıram ki, layiq olduğunuz qiyməti dövlətimiz sizdən əsirgəməyəcək. Biz sizi həmişə öz sıralarda görmək istəyirik!
Salam Köhnə dost! Bizi unutmusuz. Amma biz sizi həmişə xatırlayırıq. O vaxt göstərdiyiniz köməkliyə görə sizə həmişə minnətdarıq! Var olun.