Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabunçuda “Kosmonavtika günü”nünə hər şagirddən 20 manat pul yığılır
Sabunçuda “Kosmonavtika günü”nünə hər şagirddən 20 manat pul yığılır
07 Aprel 2014 / 11:45 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Bu biabırçılıqdan təhsil naziri Mikayıl Cabbarovun, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin xəbəri yoxdur? 

Orta məktəblərdə hər cürə rüşvət halına rast gəlmişdik. Şüşə pulu, jurnal pulu, 8 mart pulu, müəllimlər günü, Novruz bayramı hədiyyəsi…və sairə.  Ancaq İlham Əliyev cənabları yeni təhsil naziri Mikayıl Cabbarovu vəzifəyə təyin edəndə çoxları düşünürdü ki, təhsil sferasında ciddi dəyişikliklər baş verəcək. Amma xeyli vaxt keçməsinə baxmayaraq ciddi müsbət dəyişikliklər baş vermədi. Əksinə…yeni-yeni rüşvət növləri ortaya çıxmağa başladı.

arxiv.bizimxeber.az Qafqaznews.az –a istinadən xəbər verir ki,daxil olan məlumata görə Sabunçu rayonunda orta məktəblərdə 12 aprel Kosmonavtika günü münasibətilə hər şagirddən 20 manat pul yığılır.

Çox maraqlıdır ki, ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçmasının bizim şagirdlərə nə dəxli var..? Valideynlərin narazılığından sonra məktəb direktorları 15 manata razılaşıb. Görəsən, təhsil naziri Mikayıl Cabbarovun, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin bu biabırçılıqdan xəbəri yoxdur..?


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə